Şəhid Maarif Səfərov yad edildi

Şəhid Maarif Səfərov yad edildi

Şəhid Maarif Səfərov yad edildi

www.yenivaxt.com saytı təqdim edir: Dünən Təbriz şəhərində Əl-Mustafa beynəlxalq universitetinin Təbriz filialında, dəyərli şəhidimiz Maarif Səfərovun ad günü yad olundu.  Xatırladaq ki, Maarif Səfərov 21 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu tədbirin açılışını, Fariz Əliyev etdi.  Gözəl avazı ilə quranı qiraət edən, Vurqun Əliyevdən sonra, aşura ziyarəti adlı dua ilə, Fərrux Əlizadə çıxış etdi.  Sonra isə, məclisdə Səfər Zamani şeir ifa etdi.  Şəhidin yad edilməsi ilə bərabər, şəhidlərin islam dünyasında böyük rolunu qeyd edən, İlahiyyatçı Tural Salmanov, Maarif Səfərovun gözəl işlərindən danışdı.  Son da Əl-Mustafa beynəlxalq universitetinin rəisi, cənab Höccətül-islam-vəl-müslimin Mehdi Bəxtavər, şəhid Maarif Səfərovun vətən üçün etdiyi xidmətləri, bir daha dinləyicilərin nəzərinə çatdırdı.

Hazırladı: Ceyhun Fikrət
http://yenivaxt.com