Şəhidin gödəkçəsi

Şəhidin gödəkçəsi

Şəhidin gödəkçəsi

Ustad Höccətül-İslam Vəl-Müslimin Şeyxəli Şahverdizadənin, Şəhid Maarif Səfərov haqqında xatirəsi, Ərdəbil ləhcəsində 

     Keçən il qışın əvvəlləri idi. Yaxşı bir qar düşmüşdü. Mən istəyirdim küçəyə gedəm. Elə libasla idim. (Ustad ruhani libasına işarə edir) Uşaqlar mənlə qartopu oynamağa başladılar. Qardan top cürreyirdilər (düzəldirdilər). Bir-birləri ilə oyneyerdilər və döyüşürdülər qarla. Sonra mən də gəldim libasımı qoydum yerə. Əbamı, qəbamı qoydum yerə. Mən də başladım, biləxəre (beləliklə) oynamağa. Bunlar məni qoşdular özlərinə. Bunlarla başladım, orda qartopu oynamağa. Bu vureydi, o vureydi. Məni vururdular. Mən onları vururdum. Beş-on nəfər tələbə idik. Yadımda olan qədər Əliəsğər, ondan sonra Qadir, Kamran orda idilər. Mənim yadımdadır, ikinci təbəqədən (mərtəbədən) rəhmətlik şəhid baxırdı. O, pəncərədən baxırdı. Üstdən baxırdı həyətə. Gördü ki, məni vururlar. Mən vururam. Elə hamı bir-birini vururdu. Tez qaçdı gəldi aşağa. Kapşonun (gödəkcə) gətirdi, özü tutdu və mənə tez geyindirdi kapşonin. Mən geyindim ta buyurdu ki, bunu geyginən ki, bu qartopular təsir eləməsin sizə. Ehtiyatlı olun, bunlar möhkəm vururlar. Özüdə, başladı qoşuldu tələbələrə.

     Vur ha vur düşdü. Dostcasına oynayırdıq. Sonra sabahısı kapşonun qoydum otaqda, elə həmən sabah günü çağırdım kapşonu verdim özünə. Qəbul eləmədi, dedi: Hacıağa mən o kapşonu sizə hədiyyə edirəm. Onu bu günləri mən gətirdim mədrəsəyə, elə neçə gündür bir-iki dəfə kapşona baxanda halım tutmuşdu. Qəmgin olmuşdum. O günləri də, gəldim evdə geyindim, Onun o ləhəzatına (həmin anlarına) ağladım. Kapşonu mənə vermişdi. Saxlamışdım. Bu bir xatirə idi ki, sizə danışdım.

Kitab:Kamal zirvəsi

Tərtibçi: Musa Hüseynzadə

http://yenivaxt.com