Şarcənin Quran kompleksinə yeni nadir nüsxələr əlavə edilib - Foto

Şarcənin Quran kompleksinə yeni nadir nüsxələr əlavə edilib - Foto

Şarcənin Quran kompleksinə yeni nadir nüsxələr əlavə edilib - Foto

BƏƏ-nin Şarcə əmirliyinin Qurani-Kərim kompleksinə yeni 17 nəfis və nadir əlyazma Quran nüsxəsi əlavə edilərək zənginləşdirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ə-Xəlic" informasiya portalına istinadla verdiyi xəbərə görə,  Quran kompleksinin nadir və nəfis əlyazma nüsxələrlə zənginləşdirilməsi hədəfi ilə buraya gətirilmiş bu nüsxələr müxtəif dövrlərə aid fərqli xətlərlərlə kitabət edilmiş nüsxələrdir.

Qeyd edək ki, Şarcə Qurani-Kərim kompleksi burada mövcud olan İslami əlyazma nüsxələr xəzinəsinə görə İslam dünyasında ən böyük əlyazma nüsxələr kompleksidir.

Kompleksə əlavə edilmiş yeni nüsxələrin bəzisi bütün Quran surələrini, bəzisi bəzi surələrin bir hissəsini ehtiva edir.

Bu nüsxələr hicri-qəməri tarixi ilə ikinci əsrdən 13-cü əsrədək tarixləri ehtiva edir ki, Əməvilər, Məmlüklər, Teymurilər, Səfəvilər və Osmanılar dönəmində Hindistan, Türkiyə, Çin, İran, Afrika, Mərakeş və Əndəlusiyadan gətirilib.

Yeni Quran nüsxələri dəri üzərində qədim hicazi, sadə kufi, nəsx, əndəlusi və süls xətləri ilə kitabət edilib. 

 

https://iqna.ir

http://yenivaxt.com