Əl-Mustafa Beynəlxalq Universitetində İmam Huseyn məclisi qeyd olundu.

Əl-Mustafa Beynəlxalq Universitetində İmam Huseyn məclisi qeyd olundu.

Əl-Mustafa Beynəlxalq Universitetində İmam Huseyn məclisi qeyd olundu.

Yenivaxt.com təqdim edir: Bu gün Təbriz şəhərində Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialında İmam Hüseyn (ə) adına  tədbir qeyd olundu.  Xatırladım ki, İmam Huseyn (ə) hicri qəməri təqvimi ilə hicrətin 4-ci ilinin şabah ayında dünyaya gəlib. İlk əvvəl  məclisin açılışını Fariz Əliyev etdi. İmam Huseynin tarixi fəaliyyətindən danışan Fariz Əliyev, sonra məclisə Fərrux Əlizadəni dəvət etdi.  Gözəl avazı ilə quranı qiraət edən Fərrux Əlizadədən sonra, məclisdə dini surlar ifa olundu.  Dini surları İlkin Mirzə və Sahib Kamilov ifa etdilər. Sonra Cənab Mustafayi İmam Huseynin (ə) qəhrəmanlıqlarından surlar oxuyub, sözü Höccət islam-vəl-müslimin cənab Aliyə verdi.  Təbriz şəhəri üzrə İmam cümə əvəzi sayılan cənab Ali duanın və münacatın insan həyatında rolu və insan necə dua edib Allaha yaxınlaşmalıdır mövzusunda söhbət etdi.

 

Hazırladı: Ceyhun Fikrət

http://yenivaxt.com