Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialında İmam Zaman (ə) mövludu qeyd olundu

Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialında İmam Zaman (ə) mövludu qeyd olundu

Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialında İmam Zaman (ə) mövludu qeyd olundu

www.yenivaxt.com saytı təqdim edir: Bu gün Təbriz şəhərində Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialında İmam Zaman (ə) adına  tədbir qeyd olundu.  Xatırladaq ki, İmam Zaman (ə) hicri qəməri təqvimi ilə hicrətin 255-ci ilinin şabah ayının 15 də dünyaya gəlib. Bu gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik.  Bu tədbirin açılışını Ruslan Seyidov etdi.  Gözəl avazı ilə quranı qiraət edən Vurqun Əliyevdən sonra, məclisdə dini surlar ifa olundu.  Dini surları Rəhman İmanlı və Fərrux Əlizadə və bundan sonra şeirlə Nicat Rəsul, nəğmələri isə Həsən Abdullazadə ifa etdilər.  Sonra isə Höccət-İslam-Vəl-Müslimin Doktor Muhəmməd Əzimi çıxış etdi.  İlk olaraq şiənin mənbə kitabı olan üsuli- kafi ilə bağlı bəzi sözləri açıqladı və tələbələrə bəzi tövsiyələr verdi.  Daha sonra usuli-kafidən bir hədis deyərək sözün davam etdirdi..

Sonra İmam Sadiqin (ə) yaxın səhabəsi olan Zürarənin şəxsiyyətindın danışaraq, Zürarədən bir hədis deyərək İmam Zaman (ə.f ) haqqında bəzi əxlaqi, etiqadi , tarixi nöqtələrə işarə etdi..




Hazırladı: Fariz Əliyev

http://Yenivaxt.com