Əl-Cəzirə kanalının müxbiri sionistlər tərəfindən öldürüldü

yenivaxt əl-Cəzirə kanalına istinadən xəbər verir: Bu gün əl-Cəzirə kanalının müxbir üzvi Fələstində sionistlər tərəfindən öldürülüb.Bu məlumatı əl-Cəzirə kanalının təəmmülat bölümündə işləyən müxbirlərdən biri xəbər verib.  O, deyib: işçimiz Şirin əbu Aqilə çəkiliş apararkən xain sionistlərin atdığı gülələrlə şəhatədə çatdı. Müxbir fəaliyyətini yerinə yetirərkən onu hədəfə aldılar. Öz müxbir vəzifəsini icra edərkən, bu xain güllələrdən qorunmaqdan ötrü jurnalist olduğu bilinməsi üçün zirehli geyimə bənzəyən qanuni geyimindəydi. Amma tətiyi çəkən xain sionist əli bunların heç birinə əhəmiyyət vermir.

Onların qorxduqları şey həqiqətin özüdür. Buna görə də, bu söz, onları haqq olaraq məhv olacaqlarına inandığımız günə kimi qorxudacaq!

Allah müxbir xanım Şiriniyə rəhmət eləsin. Onun üz cizgilərinə baxan kəs o dəqiqə bilər ki, həqiqətən də o, "yer üzündə təkəbbürlük, hökmranlıq və fitnə-fəsad iddiasında olmayan kəslər"-dən idi. (Qəsəs, 83)
Qəlbi gözəl və çöhrəsi xoş insanlardan idi. 

Allahdan ailəsinə səbr diləyirik. Buradan öz adımdan, hər bir işçi qrupumuzun və Fələstinin, Dohanın bütün kadrları adından mərhumu itirən hər bir kəsə, ailəsinə, Fələstin ofisindəki həmkarlarımıza, "əl-Cəzirə"-dəki həmkarlarımıza başsağlığı veririk.

Allaha məxsusuq və ona doğru qayıdacağıq!

Muhəmməd Yasin Saleh
tərcümə: Xalid İbrahimli
11 may / 2022-ci il.