Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz mərkəzinin əxlaq ustadı Höccətül-islam-vəl-müslimin Yusif Təbatəbainin əxlaq dərsindən İslam baxışında " Vəsvəsə "

Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz  mərkəzinin  əxlaq ustadı Höccətül-islam-vəl-müslimin Yusif Təbatəbainin əxlaq dərsindən İslam baxışında " Vəsvəsə "

" Vəsvəsə " bəyənilməyən xüsusiyyətlərdən biri sayılaraq ona bu cür tərif verilir :

" İnsanın xoşagəlməz və yanlış düşüncəyə düçar olması və beləcə davam edərək adət şəklini alması" .

Qəlbən dinlə 

 1. Vəsvəsə, bəzən ibadət üçün niyyət edərkən, bəzən ibadət zamanı və bəzən də, inanc göstərdiyimiz etiqada qarşı yaranır.

 2. Vəsvəsənin biruzə verməsi dini – etiqadi məsələlərə aid deyil və eləcə də, adi həyat yaşayışımızda da rast gəlinir.

Vəsvəsəni yaradan səbəblər :

 

  1. Nəfsimiz¹

 وَ نَعْلَمُ ما تُوَسْوِسُ نَفْسُهُ بِهِ  ﴿

  1. Cin²

الَّذي يُوَسْوِسُ في‏ صُدُورِ النَّاسِ          مِنَ الْجِنَّةِ وَ النَّاسِ ﴿

  1. İnsan³

 الَّذي يُوَسْوِسُ في‏ صُدُورِ النَّاسِ          مِنَ الْجِنَّةِ وَ النَّاسِ ﴿

  1. Şeytan

وَ مَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمنِ نُقَيِّضْ لَهُ شَيْطاناً فَهُوَ لَهُ قَرينٌ ﴿

" Vəsvəsə " pisdirmi ?

ذَكَرْتُ لِأَبِي عَبْدِ اللَّهِ عليه السلام رَجُلًا مُبْتَلىً‏ بِالْوُضُوءِ وَالصَّلَاةِ، وَقُلْتُ: هُوَ رَجُلٌ عَاقِلٌ، فَقَالَ أَبُو عَبْدِ اللَّهِ عليه السلام: «وَأَيُّ عَقْلٍ لَهُ وَهُوَ يُطِيعُ الشَّيْطَانَ؟!» فَقُلْتُ لَهُ: وَكَيْفَ يُطِيعُ الشَّيْطَانَ؟ فَقَالَ عليه السلام: «سَلْهُ: هذَا الَّذِي يَأْتِيهِ مِنْ أَيِّ شَيْ‏ءٍ هُوَ؟ فَإِنَّهُ يَقُولُ لَكَ: مِنْ عَمَلِ الشَّيْطَانِ».

İmam Sadiq (ə.s)-ın tərəfdarlarından biri Onun ( ə. s ) yanına gələrək vəsvəsəyə düçar olan biri haqda danışaraq, dəstəmaz və namazda bu halın daha çox baş verdiyini söyləyir. Lakin həmin adamın eyni zamanda da düşüncəli olduğunu bildirir. İmam (ə.s) buyurdu: " O şəxs şeytana boyun əydiyi halda necə ağıllı ola bilər ki ?" Həmin şəxs İmam ( ə. s ) dan təccüblə soruşdu : " O, şeytana necə itaət edir? " İmam Sadiq (ə.s)  cavabında isə belə buyurdu: " Ondan sual olunan zaman desən ki, "səndə  bu vəsvəsə haradandır ? "O sənə deyəcək "Şeytan tərəfindəndir" ".

 

Daha da diqqətli olaq

1. İnsanda vəsvəsənin əsas yaranma səbəblərindən biri də, onun, qəflətdə olmasıdır.

İslam Peyğembərinin  (s. ə . v. s) mübarək sözlərindən:

إن للوسواس خطما كخطم الطائر فإذا غفل ابن آدم وضع ذلك المنقار في أذن القلب

" İnsan qəflətdə olduğu vaxt, şeytan onun qəlbində vəsvəsə yaradar.⁶

2. Günah işlərdən uzaq durmağımız, dini -etiqadi inancımızda vəsvəsənin yaranmasına səbəb ola bilər.

İslam Peyğəmbəri (  s.ə.v.s ) buyurur :

إنّ اُناسا من أصحابِ رسولِ اللّه صلى الله عليه و آله أتَوا رسولَ اللّهِ فَقالوا لرَسولِ اللّهِ صلى الله عليه و آله: أ رأيتَ شيئا نَجِدُها في صُدورِنا وَسوَسَةَ الشَّيطانِ ، لَأن يَقعَ أحَدُنا مِن الثُّرَيّا أحَبُّ إلَيهِ مِن أن يَتَكلَّمَ بِها ! فقالَ رسولُ اللّهِ صلى الله عليه و آله : أ قَد وَجَدتُم ذلكَ ؟ قالوا : نَعَم ، قالَ : ذلكَ صَريحُ الإيمانِ . إنَّ الشَّيطانَ يُريدُ العَبدَ فيما دُونَ ذلكَ ، فإذا عُصِمَ العَبدُ مِنهُ وقَعَ فيما هُنالِكَ . 

İnsanın vəsvəsəyə düçar olması şeytanın işlərindəndir. Hər vaxt insan günah işi görməkdən çəkinsə , şeytan onun əqidəsində günaha düşməsi üçün vəsvəsə sövq edər.⁷

Ümid çırağımız

İslam Peyğəmbərinin (  s.ə.v.s ) nurlu kəlamlarından :

أَنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى عَفَا لِأُمَّتِي‏ عَنْ وَسَاوِسِ الصَّدْرِ

" Allah mənim ümmətimin vəsvəsələrini bağışlamışdır.⁸

Vəsvəsənin növləri :

  1. Etiqadımızda vəsvəsə

إِنَّ رَجُلًا أَتَى رَسُولَ اللَّهِ ص فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّنِي نَافَقْتُ فَقَالَ وَ اللَّهِ مَا نَافَقْتَ وَ لَوْ نَافَقْتَ مَا أَتَيْتَنِي تُعْلِمُنِي مَا الَّذِي رَابَكَ أَظُنُّ الْعَدُو الْحَاضِرَ أَتَاكَ فَقَالَ لَكَ مَنْ خَلَقَكَ فَقُلْتَ اللَّهُ خَلَقَنِي فَقَالَ لَكَ مَنْ خَلَقَ اللَّهَ قَالَ إِي وَ الَّذِي بَعَثَكَ بِالْحَقِّ لَكَانَ كَذَا

Bir kişi Peyğəmbər Əkrəmin (s)yanına gəlib dedi :" Özümdə nifaq etmişəm kimi hiss yaranıb , mən münafiq olmuşam" Peyğəmbər (  s.ə.v.s ) buyurdu:" Allaha and olsun ki, sən münafiq deyilsən. Əgər  münafiq olsaydın, mənim yanıma gəlməzdin. Sonra Peyğəmbər ( s.ə.v.s ) ona buyurdu: " Güman edirəm , şeytan sənin sorağına gəlmiş və səndən belə soruşmuşdur : "Səni kim yaradıb?" Sən isə belə cavab vermisən : "Allah " o yenə suala davam edərək belə soruşub : " Bəs Allahı kim yaradıb? " " elə bu an həmin şəxs üzünü Peyğəmbərə ( s.ə.v.s ) tutub belə cavab verdi : " And olsun Allah, buyurduğunuz kimidir ".⁹

 

  1. Əməldə vəsvəsə

قُلْنَا لَهُ الرَّجُلُ يَشُكُّ كَثِيراً فِي صَلَاتِهِ حَتَّى لَا يَدْرِيَ كَمْ صَلَّى وَ لَا مَا بَقِيَ عَلَيْهِ قَالَ يُعِيدُ قُلْنَا لَهُ فَإِنَّهُ يَكْثُرُ عَلَيْهِ ذَلِكَ كُلَّمَا عَادَ شَكَّ قَالَ يَمْضِي فِي شَكِّهِ

İmam Sadiqə (ə.s) belə söylənildi : " Bir kişi namaz qılarkən rükətlərinin sayında çox şəkk edir və neçə rükət qıldığını və neçə rükət qılmadığını bilmir " . İmam ( ə.s ) buyurdu: "Namazını yenidən qılsın " Dedilər ki: " Axi o , namazın rükətlərində çox şəkk edir . Yenidən təkrar qılsada , o şəkkinə davam edir ". İmam (əs) o şəxsə üzünü tutub, belə buyurdu : " Şəkkinə etina etməsin, və o halda da namazını tamamlasın" .¹⁰

 

Vəsvəsədən xilas olmaq olarmı ?

  1. Dərkin daha önəmlidi

كَتَبَ رَجُلٌ إِلَى أَبِي جَعْفَرٍ ع يَشْكُو إِلَيْهِ لَمَماً يَخْطُرُ عَلَى بَالِهِ فَأَجَابَهُ فِي بَعْضِ كَلَامِهِ إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ إِنْ شَاءَ ثَبَّتَكَ فَلَا يَجْعَلُ لِإِبْلِيسَ عَلَيْكَ طَرِيقا

Bir kişi, İmam Baqirə ( ə.s ) məktub yazaraq çox vəsvəsədə olduğundan şikayətləndi. İmam ( ə.s ) isə, məktubun cavabında belə buyurdu : " Sənin əqidə və imanında möhkəmliyin yalnız Allahın istəyi ilə olar və İblisin sənə təsirinə mane olar ".¹¹

  1. Deyilməsi sifariş olan kəlamlar

İslam Peyğəmbəri ( s.ə.v.s ) buyurur :                                       

 إن إبليس له خرطوم كخرطوم الكلب واضعه على قلب ابن آدم يذكره الشهوات واللذات، ويأتيه بالأماني، ويأتيه بالوسوسة على قلبه ليشككه في ربه، فإذا قال العبدأعوذ بالله السميع العليم من الشيطان الرجيم وأعوذ بالله أن يحضرون إن الله هو السميع العليم) * خنس الخرطوم عن القلب

Şeytan insanı şəhvət, ləzzət və arzularla vəsvəsəyə düçar edir. Amma hər vaxt bu kəlamı : " Eşidən və Bilən Allaha qovulmuş şeytandan pənah aparıram"  söyləsə  şeytan onun qəlbindən uzaq olar .¹²

الإمام الصادق (عليه السلام) - وقد سئل عن الوسوسة وإن كثرت -: لا شئ فيها، تقول: لا إله إلا الله

Belə sual olunur : Vəsvəsənin müalicəsi varmı ? İmam Sadiq ( ə.s ) - dan cavab : " La ilahə illəllah " zikrini çox yad eləsin ¹³

قال رسول الله (صلى الله عليه وآله) : آمنا بالله ورسوله ولا حول ولا قوة إلا بالله 

Bir kişi Peyğəmbərə (  s.ə.v.s ) vəsvəsəyə gəldiyindən gileyləndi. Peyğəmbər  (  s.ə.v.s ) buyurdu: " belə de: " İman gətirdim Allaha və Onun Rəsuluna, Ondan başqa heç bir qüvvə və qüdrət sahibi yoxdur "¹⁴

 c) Edilməsi sifariş olan əməllər

  1. Dəstəmazlı olmaq

الوضوء قبل الطّعام ينفي الفقر و بعده ينفي اللّمم و يصحّح البصر

İslam Peyğəmbəri (  s.ə.v.s ) bu barədə belə buyurur : " Yeməkdən sonra dəstəmaz almaq insanı vəsvəsədən uzaq edir "¹⁵ .

  1. Allahı yad etmək

من وجد من هذا الوسواس فليقل: آمنت بالله ورسوله ثلاثا، فإن ذلك يذهب عنه

İslam Peyğəmbəri (  s.ə.v.s ) buyurur : " İnsan qəflətdə olan zaman şeytan onu vəsvəsə edir, lakin, Allahı yad edərkən şeytan ondan uzaq olur .¹⁶

  1. Oruc tutmaq

 الإمام علي (عليه السلام): صوم ثلاثة أيام من كل شهر - أربعاء بين خميسين، وصوم شعبان - يذهب بوسواس الصدر، وبلابل القلب

İmam Əli ( ə.s )buyurur : " Hər ayın üç günün ( ayın əvvəlində, ayın ortası çaharşənbə günü, axırıncı cümə axşamı ) orucu, şaban və ramazan ayının orucu vəsvəsəni aradan aparır .¹⁷

  1. Əhli- beyti ( ə .s ) yad etmək

ذكرنا أهل البيت شفاء من الوعك والأسقام ووسواس الريب

İmam Əli ( ə.s ) buyurur : Əhli - beyti ( ə.s ) yada salmaq vəsvəsədən xilas olmağa səbəb olar.¹⁸

 d) Tərk edin

إنما يريد الخبيث أن يطاع، فإذا عصي لم يعد إلى أحدكم

İmam Sadiq ( ə.s ) namazların rükətlərinin sayında vəsvəsəyə mane olmaq haqqında belə buyurur : " Amandı , namazlarınızın rükətlərinin sayında şəkk etməklə, napak şeytanı özünüzə öyrəşdirəsiniz ! " .¹⁹

 

 

  1. " Qaf " surəsi, ayə 16.
  2. " Nas " surəsi, ayə 5 - 6.
  3. " Nas " surəsi, ayə 5- 6.
  4. " Zuxruf " surəsi ayə 36.
  5. " Mizanul-hikmət" , c.13
  6. " Mizanul-hikmət" , c.13
  7. " Mizanul-hikmət" , c.13
  8. " Biharul-ənvar ", c.72
  9. " Mizanul-hikmət" , c.13
  10. " Mizanul-hikmət" , c.13
  11. " Mizanul-hikmət" , c.13
  12. " Biharul-ənvar ", c.97
  13. " Mən la yəhzirul fəqih ", c.1
  14. " Mizanul-hikmət" , c.13
  15. " Nəhcül-fəsahə "
  16. " Mizanul-hikmət" , c.13
  17. " Biharul-ənvar ", c.97
  18. " Biharul-ənvar ", c.81
  19. " Mizanul-hikmət" , c.13

 

 Tərcümə etdi: Məryəm Vahabzadə

   Redaktor: Katib

   yenivaxt.com