Əziz Peyğəmbərimizin(s) qürbət yadigarı

Əziz Peyğəmbərimizin(s) qürbət yadigarı

Mürəkkəbi ilə İslamı insanlar içində yaşadan, onların qəlbini elm nuru ilə sirab edən, həyatlarını Allahın nurlu kəlamlarının cilvəsi ilə işıqlandıran, elmi miras kimi keçmişlərdən alıb gələcəyə ötürən dahilərin diz çöküb, qəlbən istədiyi qapı Həzrəti Məsumədir (ə). 

Bu uca məqamlı xanım, Hz. Məsumə (ə) “Əhli–beytin (ə) Kəriməsi” kimi də, müsəlmanlar arasında məşhurdur.  Bu Xanımın (ə) həyatını mütaliə etdikdə ilk növbədə gözə dəyən xüsusiyyəti Onun (ə) Vilayətə, İmamətə, İslama etdiyi fədakarlığıdır. Onun (ə) Mədinədən hicrət etməyi, öz zamanının ən qəddar hakiminə qarşı idi. Əlbəttdə bu hicrətdən öncə Hz. İmam Rzanın (ə) məcbur şəkildə Tus şəhərinə gətirilməsi hadisəsi olmuşdu və Xanım (ə) bu səfərdə İmamla (ə) birgə ola bilərdi. Lakin, bu o qədər də təsir edici olmazdı. Xanımın (ə)  sonradan səfəri, İmam (ə) -ın tənhalığına və təhlükədə olmasına bir əlamət idi. O, öz qardaşına, yəni İmam Əli ibn Musa Rzaya (ə)  qovuşa bilməsə də, artıq öz hədəfinə çatmışdı. Çünki bu səfər, bütün şiələrin qəlbini Vilayətə daha da bağlamışdı. Hal-hazırda pak məqbərəsi müqəddəs Qum şəhərində yerləşən bu Peyğəmbər(s) yadigarı  İslamın fəxridir. İslamın vilayət günəşi heç zaman sönməyəcək və daim düşmənləri kor edəcək, dostlarını isə sevindirəcəkdir. 

Hazırladı: KatiB 

Yenivaxt.com