əl-Əzhərin şeyxi Ayətullah Sistani ilə görüşəcək

Misrin əl-Əzhər Beynəlxalq İslam Mərkəzinin şeyxi Əhməd Təyyib İraqa səfəri çərçivəsində Nəcəf şəhərində şiələrin təqlid mərcəsi Ayətullah Üzma Seyyid Əli Sistani ilə görüşəcək.

əl-Əzhərin şeyxi Ayətullah Sistani ilə görüşəcək

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər Beynəlxalq İslam Mərkəzinin şeyxi Əhməd Təyyib İraqa səfəri çərçivəsində Nəcəf şəhərində şiələrin təqlid mərcəsi Ayətullah Üzma Seyyid Əli Sistani ilə görüşəcək.

İngiltərənin "Orta Şərq" qəzeti bu səfərin cari ilin Noyabr ayının əvvələrində baş tutacağını yazıb.

Qeyd edək ki, bu görüş Əhli-Sünnə müsəlmanlarının beynəlxalq dini mərkəzinin rəisi Şeyx Əhməd Təyyibin şiə müsəlmanların təqlid mərcəsi ilə ilk üz-üzə görüşü olacaq.

"Middle East Monitor" qəzeti yazır: Bu görüşün əhəmiyyəti bundadır ki, əl-Əzhər Beynəlxalq İslam Mərkəzi əhli-sünnə müsəlmanlarının ən ali dini mərkəzi və Nəcəf şəhəri də şiə müsəlmanların ən qədim və çox önəmli ali dini hövzəsidir.

Şeyx Əhməd Təyyib İraqa səfəri çərçivəsində bu ölkənin Nəcəf, Kərbəla, Bağdad, Mosul və İrbil şəhərlərinə səfər edəcək, bu şəhərdə hər iki məzhəbdən olan alimlərlə görüş keçiriləcək, Nəcəf və Kərbəlada Əhli-Beyt (ə) imamlarının məzarlarını ziyarət edəcəkdir.

İraqın Kildani kilsəsinin baş yepiskopu Luyis Rafail Sako bu görüşün bütün dinlərin ardıcıllarının tolerant yaşamasının gücləndirilməsi üçün faydalı olacağına işarə edərək deyib: Mən inanıram ki, Şeyx Əhməd Təyyibin bu səfəri təkcə müsəlmanlar arasında deyil, bütün dinlərin ardıcılları arasında sülh, dostluq və tolerantlığı gücləndirəcək.

Əhli-Sünnə dini rəhbərinin İraq sünni və şiə din alimləri ilə görüşlərində iki məzhəb arasında əlaqələrin möhkəmləndirilməsi üçün həll yolları müzakirə ediləcək.

yenivaxt.com