2021-ci il Moskva Kitab Sərgisi

Moskvada 23-cü Moskva Beynəlxalq Düşüncə Ədəbiyyatı (qeyri-bədii) sərgisi keçirilib. Bu sərgidə "Nəhcül-bəlağə"nin, "Səhifə Səccadiyyə"nin və digər islami kitabların təqdimatı olub.

2021-ci il Moskva Kitab Sərgisi

yenivaxt Iqna saytına istinadən xəbər verir: xəbər verir ki, bu sərgi, 2021-ci il dekabrın 2-dən 6-dək Moskvanın Qırmızı Meydanının (Qastini Dover Kompleksi) yaxınlığında üç yüzdən çox yerli və xarici nəşriyyatın iştirakı ilə keçirilib.

Rusiyadakı İbn Sina İslam Araşdırmaları Fondu ardıcıl on üçüncü ildir ki, bu sərgidə iştirak edir. O, bu sərgidə nəşr etdiyi əsərləri təqdim edib.

Bu sərgidə təqdim olunan bəzi kitablar aşağıdakılardır:

"İran tarixi əvvəldən İmam Xomeyniyə (rəh) qədər" kitabının da təqdimatı olub. Bu kitab, İran tarixindən bəhs edir. Həmçinin inqilab və müqəddəs müdafiə tarixini ehtiva edir. Kitabın təqdimatı İranın Moskvadakı səfiri Kazim Cəlali və kitabın müəllifi Aleks Qromovun iştirakı ilə keçirilib. Bu əsər, İranın Rusiyadakı səfirinin müqəddiməsi ilə və çoxli şəkillərlə Rusiyada ilk dəfə nəşr olunub.

Bu əsərin “İyirminci əsrdə İran” adlı növbəti cildi İranın çağdaş tarixindən, xüsusilə İslam İnqilabından, Ayətullah Xameneinin rəhbərliyinin başlanğıcına qədər olan müqəddəs müdafiədən hərtərəfli bəhs edir.

"Müsəlman alim və mütəfəkkirlərinin nəzərində təlim və tərbiyə" kitabının üçüncü cildinin də təqdimatı olub. Bu kitab, Ayətullah Ərafinin nəzarəti ilə Behruz Rəfii tərəfindən İmam Məhəmməd Qəzalinin fars dilində təhsil nəzəriyyələrinə dair tədqiqat əsəridir.

"Nasir Xosrov və onun fəlsəfi baxışları" kitabının da təqdimatı olunub.

"Molla Sədranın təlimləri və həyatı" kitabı da sərgilənib.

Həmçinin bu il fondun əsərlərinə tamaşaçıların tez-tez müraciətlərini nəzərə alaraq, "Səhifə Səccadiyə" və "Nəhcül-Bəlağə"nin tərcümələri də əlavə olunub.

Habelə Ali Məqamlı Rəhbərin risaləsi də yenidən çap olunub və Moskva sərgisində təqdim olunub.