Ayətullah Seyid Hüseyn Bürucerdi ilə qısa tanışlıq

Ayətullah Seyid Hüseyn Bürucerdi ilə qısa tanışlıq

Ayətullah Seyid Hüseyn Bürucerdi ilə qısa tanışlıq

Az.shafaqna.com Ayətullah-üzma Seyid Hüseyn Bürucerdi haqqında məlumatı diqqətinizə çatdırır.

Yeganə təqlid mərcəsi

15 il boyunca Əhli-beyt tərəfdarlarının yeganə təqlid mərcəsi Ayətullah-üzma Seyid Hüseyn Bürucerdi olmuşdur.

O 1875-ci ildə İranın Luristan əyalətinin Bürucerd şəhərində doğulub. Xeyli elm adamı yetişdirən tanınmış ailəyə mənsubdur. Kiçik yaşlarından dini elmlərə böyük həvəs göstərmiş, ilk təhsilini Nurbəxş mədrəsəsində alıb. Bu dövrdə əsas müəllimi atası Seyid Əli olub. Sonra isə biliyini artırmaq üçün İsfahana yola düşüb.

Orada Seyid Məhəmməd Bağır Dərcayi, Əbul-Məali Kəlbasi, Məhəmməd Tağı Müdərrisi, Məhəmməd əl-Kaşani, Molla Məhəmməd Kaşi və Mirzə Cahangir xan Qaşqay kimi tanınmış alimlərdən təhsil almışdır. İyirmi iki yaşında ikən atasının təkidi ilə doğma şəhərinə qayıdaraq ailə həyatı qurmuş və bir neçə ay burada qaldıqdan sonra həyat yoldaşı ilə birgə yenidən İsfahana dönmüş və təhsilini davam etdirib.

Doqquz ildən sonra atasının israrı nəticəsində Bürucerd şəhərinə qayıdıb.

Nəcəfə doğru…

Atası onu daha yaxşı təhsil alması üçün İraqın Nəcəf şəhərinə göndərmək qərarına gəlmişdir. Seyid Hüseyn oraya kiçik qardaşı İsmayılla getmişdir. Nəcəfdə təhsilini Məhəmməd Kazım Xorasani və Ağa Ziya İraqi kimi tanınmış fiqh alimlərindən almışdır. O, yalnız şiə məzhəbi deyil, bütün İslam məzhəbləri üzrə kamil biliyə yiyələnmişdir. Bundan başqa, Şeyxüşşəria Fətullah ibn Məhəmməd əl-İsfahanidən hədis elmini öyrənmişdir.

Atasının ölüm xəbəri onu Bürucerdə qayıtmağa məcbur etmiş və o, Bürucerdi də bir müddət yubanmalı olmuşdur. Həmin ərəfədə, müəllimi Məhəmməd Kazım Xorasanidən məktub almışdır. Məktubda ustadı ondan Nəcəfə qayıtmağı xahiş edirdi. Səfər hazırlıqları görülən anda Məhəmməd Kazım Xorasaninin vəfat xəbəri gəlmişdir.

Daha bir faciə isə qızının vaxtsız vəfat etməsi olmuşdur. Çətinliklərə mətinliklə sinə gərən alimin əqidəsi bu hadisələrdən heç də sarsılmamış, Bürucerddə qalaraq, hədis elmi üzrə bir çox tələbə yetişdirmişdir.

1961-ci il martın 31-də Qumda vəfat edən Ayətullah-üzma Seyid Hüseyn Bürucerdi Məscidül-Əzəm məscidinin girişinin yaxınlığında dəfn edilmişdir. O, Murtəza Mütəhhəri və Məhəmməd Ələvi Qorgani kimi bir sıra görkəmli tələbələr yetişdirib. Ayətullah Bürucerdi İslam elmlərinə dair xeyli kitabların müəllifidir.

 

http://yenivaxt.com