Bu gün Şəhid Maarif Səfərovun ad günüdür.
Bu gün Şəhid Maarif Səfərovun ad günüdür.

Şəhid Maarif Səfərovun həyatına qısa bir baxış:
Şəhid Maarif Səfərov 25.05.1997-ci ildə Cəlilabad rayonunun Petrofka
qəsəbəsində dünyaya gəlib. Ailədə 2 qardaş, 2 bacıdırlar. Maarif evin son
beşiyidir. Orda təhsil alıb. Yaşadığı qəsəbənin məscidində, rövzəxan, quran
müəllimi kimi fəalliyət göstərib. 2018-ci ildə təhsilini, İran İslam
Respublikasının Təbriz şəhərində yerləşən Əl-Mustafa (s) beynəlxalq universtetində davam
etdirib. İki il ilahi elmlər oxuduqdan sonra, ikinci Qarabağ döyüşlərində
könüllü iştirak edərək, 21.10.2020-ci ildə Qubadlıda şəhid olmuşdur.
Şəhid Maarifin döyüş yoldaşı olan, Həmid Quluzadənin Şəhid haqqında
dedikləri:
Əsgər Həmid Quluzadənin sözlərinə görə, əsgər yoldaşları Şəhid Maarifə öz
aralarında “Hacı” deyərək səsləyirmişlər,şəhidin hərbi vəzifəsi isə,
pilomuyotçu imiş. Şəhid Maarif gecələr çox vaxt oyanıb, hərbi hissəni gəzir, üstü açılmış əsgərlərin üstlərini örtürdü ki, soyuq olmasın. Şəhid Maarif
boş vaxtlarda biz bir yerə toplayıb, dini kəlamlar söyləyir, nohə, mərsiyyə
oxuyurdu. Cibindəki balaca Qurani-Kərimdən bizim üçün ilahi kəlamları
oxuyurdu,hətta bəzən o qədər ucadan oxuyurdu ki, yan taborlardan da, ona
qulaq asmağa gəlirdilər. Bu kimi işlərinin nəticəsində, islam dinini gözəl
şəkildə təbliğ edir,bu işinin sayəsində əsgərlərdən namaza gələndə
olmuşdur. Elə buna görə də, döyüş ruhiyyəsi olduqca yüksək idi. Bizlərə belə
deyirdi “ermənini ayağından vurub onu əsir kimi gətirəcəm.
Şəhid Maarifin valideyinlərinin sözlərinə görə, Şəhid Maarif şəhid
olmamışdan bir gün qabaq ailəsinə zəng vurur. Ata anasına deyir ki, haqqınızı
halal edin. Atasına deyir ki, ata mən şəhid olacam. Siz alnı açıq yaşayacaqsınız, hər zaman anılacam, sən bir qəhrəman atası olacaqsan, mənimlə hər
zaman fəxr edəcəksən.
Şəhidimizin digər əsgər yoldaşı Gülverdi Bəbirov deyir:
Şəhid Maarif mənə dedi ki, Bəbirov vəziyyət çətindir, burdan dönüş
yoxdur. Məndə ona dedim ki, özündə oxumusan ki, İmam Hüseyn (ə) 72
nəfərlə döyüş səhnəsində olmuşdur. Onlar az olsalarda, döyüşmüş və
qəhrəmanca şəhid olmuşlar. Bizim onlardan nə fərqimiz vardır. Bunu
dedikdən sonra məni qucaqlayıb öpüb dedi “Ya Zəhra” sözünü heç zaman
dilindən salma.
Əsgər yoldaşı Gülverdi Bəbirov daha sonra öz fikirlərini belə davam edir:
Şəhid Maarif döyüşə gedərkən şəhadət qüsulunu almışdır. O, şəhid
olmamışdan öncə dedi “mən şəhid olacam”. Şəhid Maarifin ən böyük arzusu
şəhid olmaq idi və arzusuna çatdı. Allah onu ən uca zirvə olan şəhadəti nəsib
etdi.
ŞƏHİDLƏRİMİZİ UNUTMAYAQ VƏ UNUTDURMAYAQ...
Qəhrəmanlar ruhunuz qarşısında baş əyirik.
Fədayə Əhmədova