Cənab Höccətül-İslam-Vəl-Müslimin Mehdi Bəxtavər Azərbaycan xalqının novruz bayramını təbrik etdi

Cənab Höccətül-İslam-Vəl-Müslimin Mehdi Bəxtavər Azərbaycan xalqının novruz bayramını təbrik etdi

Cənab Höccətül-İslam-Vəl-Müslimin Mehdi Bəxtavər Azərbaycan xalqının novruz bayramını təbrik etdi

Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialının rəisi cənab Höccətül-İslam-Vəl-Müslimin Mehdi Bəxtavər www.yenivaxt.com saytının yaranması münasibəti ilə, bu saytın yaradıcı heyyətini və Azərbaycan xalqını novruz bayramı münasibəti ilə təbrik etdi və bu saytın işçilərinin Allah yolunda gözəl addımlar atmasını dilə gətirdi. Həmin söhbəti sizlərə təqdim edirik

Sizə və Azərbaycan xalqına salam deyirəm və Allahdan istəyirəm ki, bu saytın yaradıcı heyyətinin dini və elmi işlərinə bərəkət versin və Allahu-taala o işi ki, bizdən bəyənir və Allah ki, hökm edir, biz o yolda qədəm götürək, o işləri edə biləsiz və o yol ki, Peyğəmbərin (ə) və Onun Əhli-beytinin (ə) yoludur, o yolun tofiqini sizlərə inayət eləsin.  Bundan əlavə bu sayt vasitəsi ilə,  Azərbaycan Xalqının novruz bayramını təbrik edirəm.  Allahdan bu xalqa xoş və mənəvi günlər və bərəkətli yaşayış arzu edirəm. Qarabağ islam torpağının işğaldan azad olması münasibəti ilə, Azərbaycan xalqına təbrik deyirəm.  Allahdan istəyirəm ki, bu xalqın gələcək günlərin yaxşı eləsin və xeyir, xoş günlər Azərbaycan xalqına nəsib olsun. Belə günlər bu cür ola bilər ki, biz ilahi yolu tanıyaq və bu yolda qədəm götürək və Allah buyurduğu kimi, yaşayışa daxil olaq və belə bir yaşayış bizlərə nəsib olsun. Allahın buyurduqlarına çalışaq əməl edək və Allah o işlərdən ki, deyib uzaq durun, o işlərdən uzaq gəzək. Allahın rizayətini özümüzə çağıraq cəlb edək və o şeylər ki, Allahın, Allah göstərməsin qəzəbi onun içindədir, ondan uzaq gəzək. Həqiqətdə bunun mənası budur ki, biz istəyirik  ilahi yaşayışa yetişək.  İnşallah ki, sizin saytda Allah yolunda hərəkət eləsin, İslam və İslam mərifətini, sözlərini, dərslərini böyük alimlərdən öyrənib, o insanlara təbliğ etsin və müsəlman bacı və qardaşlar sizin saytın vasitəsi ilə, İslamdan, Qurani-Kərimin qayda-qanunlarından, şəriətindən, hökmlərindən, Peyğəmbər (ə) və Əhli-beytin (ə) rəvayətlərindən dərs alsınlar və bu dərsləri öz yaşayışlarında əməl etsinlər.  Bu tofiqi arzulamaqla və xoş günləri sizlərə arzu eləməklə, yeni ilinizi, yəni novruz bayramınızı yenidən təbrik edirəm və dəyərli saytın açılması münasibəti ilə Allaha şükür edirəm.  Allah bu yolda, zəhmət çəkən qardaşlara xeyir  versin və gələcəkdə   onların xidmətlərini bərəkətli eləsin və Allah kömək etsin ki, islam maarifini öz əhlinə yetirsinlər.  Allah sizləri salamat eləsin.  Həmişə şad olasız və mənəvi yaşayış hamınıza nəsib olsun. Sizi Allaha tapşırıram.

 

  

 

Hazırladı: Ceyhun Fikrət

http://www.yenivaxt.com