Həzrət Məsumə (s.ə) və müqəddəs Qum şəhəri

Həzrət Məsumə (s.ə) və müqəddəs Qum şəhəri

Həzrət Məsumə (s.ə) və müqəddəs Qum şəhəri

1. İmam Rza (ə) bir hədisdə bacısı Həzrət Məsumənin (s.ə) ziyarətinin savabı ilə bağlı belə buyurmuşdur:

مَنْ زَارَ الْمَعصُومَةَ بِقُمْ کَمَنْ زَارَنى

“Hər kim Qumda Məsuməni ziyarət etsə, məni ziyarət edən kəs kimidir.” (“Nasixut-təvarix”, c.3, səh.68.)

2. Əffan Bəsri deyir:

قالَ لي: أتَدري لِمَ سُمِّيَ قُمُ؟ قُلتُ: اللّهُ ورَسولُهُ وأنتَ أعلَمُ، قالَ: إنّما سُمِّيَ قُمُ لِأَنَّ أهلَهُ يَجتَمِعونَ مَعَ قائِمِ آلِ مُحَمَّدٍ صَلَواتُ اللّهِ عَلَيهِ ويَقومونَ مَعَهُ ويَستَقيمونَ عَلَيهِ ويَنصُرونَهُ.

“İmam Sadiq (ə) məndən soruşdu: Qum şəhərinin niyə “Qum” (qalx, qiyam et) adlandırılmasını bilirsənmi? Dedim: Allah və Peyğəmbəri yaxşı bilər! İmam (ə) buyurdu: Səbəbi budur ki, oranın əhalisi Muhəmmədin (s) xanədanının Qaiminin ətrafına toplaşacaq, onunla birgə qiyam edəcək, yolunda müqavimət göstərəcək və ona yardım edəcəklər.” (“Biharul-ənvar”, c.60, səh.216, hədis 38.)

3. İmam Cavaddan (ə) belə nəql olunur:

مَنْ زَارَ قَبْرَ عَمَّتِي بِقُمَ‏ فَلَهُ‏ الْجَنَّة

“Hər kim bibimin qəbrini Qum şəhərində ziyarət etsə, Cənnət ona vacib olar.” (“Kamiluz-ziyarat”, səh.536.)

4. Həzrət Məsumənin (s.ə) şərif türbəsinin sayəsində Qum şəhəri elm və fəzilət ocağına çevrilir. Bu barədə İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə belə buyurulur:

تُربَةُ قُمَ مُقَدَّسَةٌ، وأهلُها مِنّا ونَحنُ مِنهُم، لا يُريدُهُم جَبّارٌ بِسوءٍ إلاّ عُجِّلَت عُقوبَتُهُ ما لَم يَخونوا إخوانَهُم (يُحَوِّلوا أحوالَهُم ـ خ ل)، فَإِذا فَعَلوا ذلكَ سَلَّطَ اللّهُ عَلَيهِم جَبابِرَةَ سَوءٍ. أما إنَّهُم أنصارُ قائِمِنا ودُعاةُ حَقِّنا. ثُمَّ رَفَعَ رَأسَهُ إلَى السَّماءِ وقالَ: اللّهُمَّ اعصِمهُم مِن كُلِّ فِتنَةٍ، ونَجِّهِم مِن كُلِّ هَلَكَةٍ.

“Qumun torpağı müqəddəs, əhalisi bizdən və biz də onlardanıq. Onlara pislik fikrinə düşən hər hansı zalım hökmdar tez də cəzalandırılar. Bu isə onların (Qum əhalisi) arasında xəyanət olmayana qədərdir və bu baş verdikdə, Allah onlara zalımları hakim edər. Bilin ki, qumlular Qaimimizin dostları, haqqımızın carçılarıdır!” Sonra Həzrət üzünü səmaya tutub dedi: “İlahi, onları fitnə-fəsaddan qoru, azğınlıqlardan uzaqlaşdır!” (“Biharul-ənvar”, c.60, səh.218, hədis 49.)

Maide.az 

http://yenivaxt.com