Maarif

Maarif

Maarif

Şəhid Maarif Səfərova həsr olunur

Şövq ilə canını verdi Maarif,

Çoxundan tapılar, birdir Maarif,

Aşikar olmayan sirdir Maarif,

Hər zaman eşq ilə, anıram onu.

 

Şəhadət mülkündən pay aldı getdi,

Adını qəlblərə, o saldı getdi,

Layiqli məqama, ucaldı getdi,

Mən xoşbəxt bəxtəvər sanıram onu.

*****

Var idi Allaha, eşqi-diqqəti,

Onu xoşbəxt etdi, xalis niyyəti,

Edib yaradanla, dürüst beyyəti,

Vilayət aşiqi, tanıram onu.

*****

Mehriban, qayğıkeş, səmimi ürək,

Nə yalan danışmaz, nə etməz kələk,

Onu ələmişdir, yaxşıca ələk,

Pislikdən, günahdan, danıram onu.

*****

O, mənim dostumdur, həm də qardaşım,

Sirr verib sirrimi, saxlayan daşım,

Ürəyim yansa da, ucadır başım,

Bütün dərdləri ilə, qanıram onu.

 

İlahiyyatçı Nicat Rəsul

25.11.2020

http://yenivaxt.com