Peyğəmbəri-Əkrəmin (s) əxlaqi xüsusiyyətləri haqqında bir neçə hədis

Peyğəmbəri-Əkrəmin (s) əxlaqi xüsusiyyətləri haqqında bir neçə hədis

Peyğəmbəri-Əkrəmin (s) əxlaqi xüsusiyyətləri haqqında bir neçə hədis

1. İmam Əli (ə) Peyğəmbəri-Əkrəmi (s) vəsf edərkən belə buyurmuşdur:

أجوَدُ النّاسِ كَفّاً، وأشرَحُهُم صَدرًا، وأصدَقُ النّاسِ لَهجَةً، وأليَنُهُم عَريكَةً، وأكرَمُهُم عِشرَةً. مَن رَآهُ بَديهَةً هابَهُ، ومَن خالَطَهُ مَعرِفَةً أحَبَّهُ.

“Peyğəmbəri-Əkrəm (s) bəxşişdə ən üstün, qəlbi hamıdan geniş, ən doğru danışan, ən mülayim və ən mehriban şəxs idi. Onunla ilk görüşənlər əvvəl qorxar, ünsiyyət yaratdıqda isə məhəbbəti qəlbinə düşərdi.” (“Sünəni-Termizi”, c.5, səh.599, hədis 3638.)

2. İmam Sadiq (ə) buyurmuşdur:

ما أكَلَ رَسولُ اللّهِ(ص) مُتَّكِئًا مُنذُ بَعَثَهُ اللّهُ عَزَّوجَلَّ إلى أن قَبَضَهُ تَواضُعًا للّهِ عَزَّوجَلَّ، وماأرى رُكبَتَيهِ أمامَ جَليسِهِ في مَجلِسٍ قَطُّ، ولا صافَحَ رَسولُ اللّهِ(ص) رَجُلاً قَطُّ فَنَزَعَ يَدَيهِ مِن يَدِهِ حَتّى يَكونَ الرَّجُلُ هُوَ الَّذي يَنزِعُ يَدَهُ، ولا كافَأَ رَسولُ اللّهِ(ص) بِسَيِّئَةٍ قَطُّ، قالَ اللّهُ تَعالى لَهُ: «اِدفَع بِالَّتي هِيَ أحسَنُ السَّيِّئَةَ» فَفَعَلَ، وما مَنَعَ سائِلاً قَطُّ، إن كانَ عِندَهُ أعطى وإلاّ قالَ: يَأتِي اللّهُ بِهِ. ولا أعطى عَلَى اللّهِ عَزَّوجَلَّ شَيئًا قَطُّ إلاّ أجازَهُ اللّهُ، إن كانَ لَيُعطِي الجَنَّةَ فَيُجيزُ اللّهُ عَزَّوجَلَّ لَهُ ذلِكَ.

“Allah-Taala Rəsuli-Əkrəmi (s) peyğəmbərliyə seçdiyi gündən dərgahına apardığı vaxta qədər təvazökarlıq üzündən Onun hüzurunda söykəndiyi halda bir şey yeməmişdir. Heç vaxt yanında əyləşənlərin qarşısında dizləri görünməmişdir. Əl verib görüşdüyü zaman müqabilindəki şəxs əlini çəkməyincə əlini endirməmişdir. Heç kəsə pislik etməmiş və Allah-Taala da ona buyurmuşdu: “Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et!”[1] O da belə etmişdir. Heç vaxt möhtacı əliboş qaytarmamış, imkanı olsa vermiş, olmadıqda buyurmuşdur: “Allah Özü yetirsin.” Nəyi də Allaha arxalanıb vermişsə, Allah da ona icazə vermişdir, hətta Behişti belə bağışlamaq istəsəydi, Allah-Taala ona icazə verərdi.” (“Əl-kafi”, c.8, səh.164, hədis 175.)

3. Ənəsdən belə nəql olunur:

كانَ رَسولُ اللّهِ(ص) مِن أشَدِّ النّاسِ لُطفًا بِالنّاسِ، فَوَاللّهِ ما كانَ يَمتَنِعُ في غَداةٍ بارِدَةٍ مِن عَبدٍ ولا أمَةٍ ولا صَبِيٍّ أن يَأتِيَهُ بِالماءِ فَيَغسِلَ وَجهَهُ وذِراعَيهِ، وما سَأَلَهُ سائِلٌ قَطُّ إلاّ أصغى إلَيهِ، فَلَم يَنصَرِف حَتّى يَكونَ هُوَ الَّذي يَنصَرِفُ عَنهُ، وما تَناوَلَ أحَدٌ بِيَدِهِ قَطُّ إلاّ ناوَلَها إيّاهُ، فَلَم يَنزِع حَتّى يَكونَ هُوَ الَّذي يَنزِعُها مِنهُ.

“Peyğəmbəri-Əkrəm (s) camaata qarşı hamıdan mehriban idi. Allaha and olsun, lap soyuq bir gecədə də olsa, ondan əl-üzünü yumaq üçün su istəyən bir kölə, yaxud bir kəniz, yaxud da bir uşağın sözünə səhlənkarlıq etmədən gedib çöldən su gətirər, ona sözü olan şəxsin söhbətinə axıra qədər qulaq asar və həmin şəxs özü çıxıb getməyincə, Həzrət ondan ayrılmaz, ona əl verən kəs özü əlini geri çəkməyincə, əlini endirməzdi.” (“Hilyətül-övliya”, c.3, səh.26.)

4. Cabir ibn Abdullah belə nəql edir:

كانَ رَسولُ اللّهِ(ص) يَتَخَلَّفُ فِي المَسيرِ، فَيُزجِي الضَّعيفَ ويُردِفُ ويَدعو لَهُم.

“Peyğəmbər (s) yol gedərkən hamıdan arxada hərəkət edər, zəiflərə kömək edər, (süvari olduqda da) hər kəsi tərkinə alar və onlar üçün dua edərdi.” (“Əs-sünənül-kubra”, c.5, səh.422, hədis 10352.)

Maide.az – Maarif bölümü

http://yenivaxt.com