Problemlərə qələbə çalmağın üç əsas şərti

Problemlərə qələbə çalmağın üç əsas şərti

Problemlərə qələbə çalmağın üç əsas şərti

TƏFSİR: Əəraf, 128. "Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbr edin ki, yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Və xoş aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” - dedi."

"Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbr edin ki, yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Və xoş aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” - dedi."

 قَالَ مُوسَى لِقَوْمِهِ اسْتَعِينُوا بِاللَّهِ وَاصْبِرُوا  إِنَّ الْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَاءُ مِنْ عِبَادِهِ  وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ 

Həyat müsabiqə, imtahan, inkişaf və kamal meydanıdır. Yarış meydanında maneələr, hündürlük, eniş və yoxuş olur. Bu meydandakı maneələri keçməklə insan inkişaf edir. Zəif cəhətləri gücləndirir, çətin anları fürsətə çevirir və imtahanını verir.

Həyat yolundakı maneələr həmin iqtisadi məsələlər, bəzən xəstəlik, bəzən hansısa əzizini itirmək və bəzən də digərləri ilə arzuolunmaz üzləşmələrdir ki, bunların hamısında sağlam bir tərzdə keçməliyik.

Bu maneələri o kəslər daha rahat və daha asan keçəcəklər ki, Quran və Əhli-beytin (ə) təlimlərini daha yaxşı mənimsəyib, dərk edib və həyata keçirə biliblər. Amma insanı bu yolda daha dözümlü və güclü edən təvəkkül, gözəl səbr və təqvadır.

Necə ki, Allah-Mütəal yuxarıdakı ayədə (Əəraf, 128) bu məsələyə işarə edib.

Bu ayədə həqiqətdə Həzrət Musanın (ə) zalimlərlə mübarizə üçün Bəni-İsrailə verdiyi proqram və düşmənə qələbə şərtidir. Və onlara xəbərdarlıq edir ki, əgər bu üç şərtə əməl etsəniz qətiyyətlə düşmənə qalib gələcəksiniz.

Ayədə Həzrət Musa (ə) öz millətinə deyir ki, düşmənə qələbə çalmaq üçün Allahdan kömək istəyin, Allah təvəkkül edin. Çünki yer üzünün sahibi Allahdır, yer üzünün sahibliyini kimə istəsə verəcək. Bu şərtlə ki, düşmən qarşısında dözümlü olun, müqavimət göstərin və təkcə Allahdan təqva edin.

Ayədə bu mühüm məqama işarə edilir ki, Allaha təvəkkül etmək insanın nicat yoludur. İnsan bilməlidir ki, hər şeyin sahibi Allahdır, hətta ağacdan bir yarpaq belə onun icazəsi olmadan düşmür. İnsan buna bütün vücudu ilə inanmalı və bu inanca söykənərək vəzifəsinə əməl etməlidir. Nəticəni isə Allaha tapşırmalıdır. Bilməlidir ki, işin nəticəyə yetməsində təkcə Allah təsirlidir. Allah ən yaxşı tədbirçi və ən mehriban sahibdir. Buna inanan adamın ürəyi və qəlbi həmişə aram və sakitdir.

Ayədə işarə olunan digər bir məqam isə "səbr"dir. Səbr və müqavimət problemləri çözmək üçün ən böyük silahdır və böyük bir sərmayədir. İnsan nəfsinin və şeytanının vəsvəsələri qarşısında səbirli və dözümlü olmalı, nəfsinə və şeytana yenilməməlidir. Öhdəsinə götürdüyü vəzifənin yerinə yetirilməsində müqavimətli, iradəli, səbirli və hövsələli olmalıdır. Problem qarşıya çıxanda şikayətçi olmamalı, cahillərin tənələri insanı həvəsdən salmamalı, insan cahil insanları islah etməyə çalışmalı və üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Bəzən üzərinə böyük məsuliyyətlər götürən insanların ailə problemləri də yarandır. İnsan belə məqamda ailə və uşaqların şikayət, giley-güzar və pis rəftarları qarşısında səbirli olmalı, tələsməməli və ailə həyatını acı etməməlidir.

Allaha təvəkkül və səbrdən sonra ayədə problemlərdən çıxış yolunun ən əhəmiyyətlisinə işarə edilir: TƏQVA.

Allah-Taala Qurani-Kərimin bir neçə yerində təqvanı problemlərdən çıxış yolu olaraq göstərib. Yəni hər kəs təqva sahibi olsa, Allah-Taala ona problem və çətinliklərdən çıxış yolunu göstərəcəkdir.

Bu ayənin ortaya qoyduğu üç şərt, yəni Təvəkkül (əqidə), səbr (əxlaq) və təqva (əməl) hər üçün hər zamanda bütün millətlərə problemləri aşmaq üçün əsas şərtdir.

Bu ayəyə əsasən bu üç şərt olmadan heç kim yer üzünə hakim ola bilməz. Əgər bu gün müxtəlif kafir və zalim millət və dövlətlərin hegomonluq etdiyini görürüksə, bunlar hamısı müvəqqətidir və onlar da günlərində birində Firon kimi suda qərq olacaqlar. 

 

https://iqna.ir/az

http://yenivaxt.com