Yoxsul təbəqəyə xidmətin əhəmiyyəti

Yoxsul təbəqəyə xidmətin əhəmiyyəti

Yoxsul təbəqəyə xidmətin əhəmiyyəti

Müəlla ibn Xüneys belə nəql edir:

 

خَرَجَ أبو عَبدِ اللّهِ (ص) في لَيلَةٍ قَد رَشَّت وهُوَ يُريدُ ظُلَّةَ بَني ساعِدَةَ، فَأَتبَعتُهُ فَإِذا هُوَ قَد سَقَطَ مِنهُ شَيءٌ، فَقالَ: بِسمِ اللّه، اللّهُمَّ رُدَّ عَلَينا، فَأَتَيتُهُ فَسَلَّمتُ عَلَيهِ، فَقالَ: مُعَلًّى؟ قُلتُ: نَعَم جُعِلتُ فِداكَ، فَقالَ لي: اِلتَمِس بِيَدِكَ، فَما وَجَدتَ مِن شَيءٍ فَادفَعهُ إلَيَّ. قالَ: فَإِذا أنَا بِخُبزٍ مُنتَشِرٍ كَثيرٍ، فَجَعَلتُ أدفَعُ إلَيهِ ما وَجَدتُ، فَإِذا أنَا بِجِرابٍ أعجَزُ عَن حَملِهِ مِن خُبزٍ، فَقُلتُ: جُعِلتُ فِداكَ، أحمِلُهُ عَلى رَأسي؟ فَقالَ: لا، أنَا أولى بِهِ مِنكَ ولكِنِ امضِ مَعي. قالَ: فَأَتَينا ظُلَّةَ بَني ساعِدَةَ، فَإِذا نَحنُ بِقَومٍ نِيامٍ فَجَعَلَ يَدُسُّ الرَّغيفَ والرَّغيفَينِ حَتّى أتى عَلى آخِرِهِم ثُمَّ انصَرَفنا، فَقُلتُ: جُعِلتُ فِداكَ، يَعرِفُ هؤُلاءِ الحَقَّ؟ فَقالَ: لَوعَرَفوا لَواسَيناهُم بِالدِّقَّةِ

 

“İmam Sadiq (ə) yağmurlu bir gecədə yığıncaqlar üçün hazırlanan Bəni-Saidə tavanına tərəf hərəkət etdikdə, mən də ardınca düşdüm. Birdən o Həzrətin əlindən nə isə düşdükdə, buyurdu: “Bismillah! İlahi, onu bizə qaytar.” Bu zaman mən irəli gedib, salam verdim.

 

Həzrət buyurdu: “Müəlla, sənsənmi?”

 

Dedim: “Bəli, sənə qurban olum!”

 

Həzrət buyurdu: “Əlini yerə sürt, nə tapsan, mənə ver.” Əlimi yerə atıb tökülmüş çörəkləri yığaraq Həzrətə verdim. Nəhayət, dəri kisə çörəklə doldu, hətta onu götürməyə gücüm çatmadı.

 

Dedim: “Sənə qurban olum, qoy onu çiynimə alım:”

 

Həzrət buyurdu: “Xeyr, bu mənim borcumdur. Sən isə mənimlə gəl.”

 

Biz gəlib tavanın altına çatdıq. Orada bir qrup adam yatmışdı. Həzrət bir-bir onların başının altına bir-iki ədəd çörək qoydu və sonra geri qayıtdıq.

 

Mən dedim: “Sənə qurban olum, bunlar heç haqq nə olduğunu bilirlərmi (şiədirlərmi)?”

 

Həzrət buyurdu: “Əgər haqqı tanısaydılar ki, son dərəcədə diqqətlə (canla-başla) qulluq edərdim.”

 

(“Əl-kafi”, c.4, səh.8, hədis 3.)

 

Maide.az – Maarif bölümü

http://yenivaxt.com