Abdullahiyan İran-Azərbaycan münasibətləri haqda danışdı

Abdullahiyan İran-Azərbaycan münasibətləri haqda danışdı

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, İran-Azərbaycan münasibətləri müsbət və mehriban qonşuluq məcrasında davam edir.

Bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan bəyan edib.

Bəzi məsələlər üzrə fikir ayrılıqları ola bilər, lakin hər iki tərəfin də maneələrin dəf edilməsi üçün ciddi iradə göstərməsi mühümdür”, – deyə iranlı nazir qeyd edib.

Mən və mənim azərbaycanlı həmkarım Ceyhun Bayramov 2-tərəfli münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət kontaktlar və konsultasiyaları davam etdiririk”, – deyə Abdullahiyan bildirib.

O, bununla bağlı deyib ki, tərəflər ictimai fikrin və media-məkanının daha yaxşı idarəsi, həmçinin iki ölkə arasında birgə komitənin yaradılması istiqamətində ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılığa gəliblər.

yenivaxt.com