ABŞ-lı siyasətçi təhqirlərə görə müsəlmanlardan üzr istədi

Nyu-Cersi ştatının senat prezidenti üzərində qələbə qazanan ABŞ-lı siyasətçi Ed Derr müsəlmanlardan üzr istəyib.

ABŞ-lı siyasətçi təhqirlərə görə müsəlmanlardan üzr istədi

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Nyu-Cersi ştatının senat prezidenti üzərində qələbə qazanan ABŞ-lı siyasətçi Ed Derr müsəlmanlardan üzr istəyib.

Belə ki, Derr 2019-ci ildə hz. Məhəmməd peyğəmbər (s) barədə ədəbsiz sözlər işlədib, həmçinin İslamı “saxta din” və “nifrət ayini” adlandırıb.

İndi isə o, müsəlman icmasının nümayəndələri ilə şəxsən görüşərək ictimai şəkildə üzr istəmək istədiyini deyir.

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) rəsmisi Səlahəddin Maqsudun sözlərinə görə, dialoq “olduqca yaxşı” keçib və Derr əvvəlki baxışlarından imtina etdiyini iddia edib.

yenivaxt.com