Aliməqamlı Rəhbər niyə ABŞ və Qərbi günahlandırdı? – TƏHLİL

İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei martın 1-də Məbəs bayramı münasibətilə etdiyi çıxışında Ukrayna böhranına görə birbaşa ABŞ və Qərbi ittiham edib

Aliməqamlı Rəhbər niyə ABŞ və Qərbi günahlandırdı? – TƏHLİL

yenivaxt saytı SəhərAzeri saytına istinadən xəbər verir: İnqilab Rəhbəri ABŞ rejiminin mahiyyət etibarilə böhran yaradan və böhranla yaşayan rejim olduğunu qeyd edərək, bildirib ki, Birləşmiş Ştatlar rejimi müxtəlif böhranlardan qidalanır və bu mafiya rejimi dünyanın müxtəlif bölgələrində böhranların olmasında maraqlıdır. Ona görə də böhran ocaqları yaradır.  Həzrət Ayətullahül-üzma Xamenei Ukrayna böhranına toxunaraq deyib: “Məncə, Ukrayna bu siyasətin qurbanıdır və Ukrayna ilə bağlı baş verənlər də ABŞ-ın siyasəti ilə bağlıdır və əslində ABŞ Ukraynanı bu nöqtəyə qədər sürükləyib. Ukraynanın daxili siyasətinə qarışmaq, hökumətlərin əleyhinə mitinqlər düzəltmək və rəngli dövlət çevrilişi hazırlamaq, ABŞ senatorlarının müxalifətçilərin arasında peyda olması belə yerlərə gətirib çıxarır.”İslam İnqilabının Aliməqamlı Rəhbərinin Ukraynadakı hazırkı böhranın və müharibənin kökünə dair fikirləri onun beynəlxalq siyasətə və ABŞ rejiminin mahiyyətinə tam bələd olması, eləcə də son dövrlərdə Qərbin Ukraynada dağıdıcı rolu fonunda ifadə olunmuşdur.

ABŞ və onun avropalı tərəfdaşları Rusiyanı zəiflətmək və ona yaxın xaricdə ölkələrin rejimlərini dəyişmək üçün 2000-ci illərin əvvəllərindən bu ölkələrdə rəngli inqilabları əsas siyasət və hərəkətlərinə çevirdilər, o cümlədən 2005-ci ildə Ukraynada baş vermiş narıncı inqilab yolu ilə qərbyönlü Viktor Yuşşenkonu hakimiyyətə gətirdilər.

Daha sonra, 2014-cü ildə ABŞ-ın rəhbərlik etdiyi Qərb düşərgəsi Ukraynanın paytaxtı Kiyevdə baş verən iğtişaşlara və etirazçılara tam dəstək verdi və sonda Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyən Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasında rol oynadı.

Sonrakı illərdə isə qərbyönlü Ukrayna hökuməti NATO və Avropa Birliyinə daxil olmaq və Rusiyaya qarşı hərəkətlərdə ABŞ-la əməkdaşlıq etmək cəhdləri şəklində Qərbə inteqrasiya məsələsini davam etdirdi.

Əslində, 2014-cü ildə Ukraynada baş verən hadisələr İslam İnqilabının Aliməqamlı Rəhbərinin qeyd etdiyi kimi, bu böyük Şərqi Avropa ölkəsində qərbyönlü rejim qurmaq məqsədi ilə məxməri bir hərəkat və dövlət çevrilişi həyata keçirildi ki, Vaşinqton və onun NATO-dakı avropalı tərəfdaşlarının NATO-nu şərqə doğru genişləndirmək planı təmin olunsun və Rusiyanın mühasirəyə alınaraq zəiflədilməsi və həmçinin parçalanması reallaşsın.

Bu kontekstdə İran İslam Respublikasının Ukrayna böhranı qarşısında tutduğu mövqe Tehranın ABŞ və NATO-nun dünyada, xüsusən də Avropa və Qərbi Asiyada mənfi rolunu tənqid edən ümumi baxışına uyğundur.