"Allah heç  kəsə və heç nəyə möhtac deyil" deyənlərə diş sındırıcı cavab

İsrail övladalrının tərzi təfəkkürünəd olanlara cavab

"Allah heç  kəsə və heç nəyə möhtac deyil" deyənlərə diş sındırıcı cavab

"Allah heç  kəsə və heç nəyə möhtac deyil" deyənlərə diş sındırıcı cavab

  Bu fikirin düşünən və ağlı başında olan insanlara nə qədər gülünc bir söz olduğu aydın məsələdir. Beləki, səslənən fikri günümüzdəki hadisələrlə tutuşdursaq aydın başa düşmək olar ki, "Xəvaric" kimi batil dəstələrin dediyi " Hökm yalnız Allaha məxsusdur" və "Allah hökm edəndir" deyərək özlərini kənara çəkməklə müqəddəsbazlıq etmələri və digərlərinin gözündə öz etiqadlarının yüksək olduğunu göstərmək niyyətilə özlərinin haqlı olduğunu sübut etməyə cəhd etmələri kimidir.

  Lakin, düşüncə sahiblərinə heç də gizlin deyil ki, əgər Allaha etiqadın varsa və onun əmrinə itaət edirsə deməli, Oun göstəriş verdiyi ilahi dəyərləri də müdafiə etməli və ona qarşı olan bütün müxalif fikirləri dəf etməlidir. Bizim Allaha bağlılığımız, Onun bizə verdiyi ağlın, düşüncənin sayəsində dərk etdiyimiz İlahi dəyərlərlə müqəddəs tutur və ona əsl inam göstəririk.

 Bu fikrin səsləndiyi ağız sahibi isə, daha bilmir ki, öz düşüncə tərzi İsrail övladlarının düşüncə tərzinə bərabərdir. Musa öz qövmünə yəni İsrail övladarına : "Daxil olun şəhərə! döyüşün düşmənlə!" deyildikdə, Onlar bəhanə gətirərək :" Ey Musa! Sən və Rəbbin onlarla vuruşun. Biz isə burada oturacağıq" deyirdilər. Daha düşünmürdülər ki, Musanın Allahı elə onların Allahı idi, əgər Allaha iman gətirmiş və ona itaət etmiş olsaydılar heç bir bəhanə gətirmədən bu mübarizəni Musanın və Onun Allahının üzərnə atmazdılar.

Ey azğın təfəkkür sahibi! Düşünmədin ki, sənin Allaha şər yaxaraq dediyin  "Allah heç kimə möhac deyil" bu cümlə nə qədər puç və mənasızdır? Sən Allahı nə qədər kiçiltmisən ki, Onun kor insanın görəcəyi böyüklüyünü belə dərk edə bilməmisən.

Yazdığın bir iki ayələrin belə, nə barədə olduğunu düşünmədən öz puç və mənasız təfəkkür tərzini "yaxşı" izah etməy qəsdilə gətirməyin bunu göstərir ki, sən nə qədər elmdən, imandan uzaqsan!

Əslində bu fikirlərin düşmənə nə qədər xidmət etdiyinə və sənin qədər xəyanətkar olduğuna bir sübutdur. Elm əhlinə heç də gizlin deyil ki, Allahin iradəsilə insanlar əsl səadət qapısına tərəf gedirlər, bu yolun seçimi insanların öz ixtiyarındadır, bununla belə ki, Allah onları bir başa əsl səadətə çatdırmağa qadirdir. Bu heç də insanın acizliyini göstərmir, əksinə insanın öz Allah qarşısındakı vəzifəsinə əməl etdiyinə və bu yolda necə addım atdığına, Allaha itaət etməyənlərə bir cavabıdır.

Bütün insanlara buradan səslənirik ki, heç vaxt sizi yaradan Allahın düşmənləri qarşısında susmayın! Vicdan məhkəməsində hamımız cavabdeh olacağıq.

Bu cavab meydan tv-nin saytıda yazar Rövşən Hacıbəylinin  səsləndirdiyi fikirə qarşıdır.

Hazırladı: KatiB

Yenivaxt. com