Allahın izniylə

Allahın izniylə

Allahın izniylə O hər bir şeyin fövqündədir,
Ən mükəmməl kəslərin, üstünlərin üstündədir 

Hər duayi-qeyb oxunduqda eşitsən susma ki, 
Bəlkədə ixlasımız sən söyləyən amindədir.

Var yəqinim bizlərə eylir nəzər, Şahi Qeyb 
Hər bir işdən halidir,O çünki daim zindədir.

Sanma naqis kimsədir, hər bir şeyi mütləq bilir. 
Çün, zamanın sahibi hər bir zamandan öndədir 

Ey Nəcəfi, heç zaman etmə təkəbbür yazina,
Nəfsi-əmmarən bəyəm, zəncirlənib pis gündədir?

Sədullah Nəcəfi

Yenivaxt.com