Azərbaycan Respublikasının mədəniyyət Naziri İrana rəsmi səfər edib

Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov bu gün səhər İmam Xomeyni(r.ə) beynəlxalq hava limanında İran İslam Respublikası İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Höccətül-islam İmanipur tərəfindən qarşılanıb.

Azərbaycan Respublikasının mədəniyyət Naziri İrana rəsmi səfər edib

SəhərAzəri-nin İslami Mədəniyyət və Əlaqələr Təşkilatının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov qarşılama mərasimindən sonra İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Höccətül-islam Məhəmməd Mehdi  İmanipurla danışıqlarda Tehrana səfərinin məqsədlərini və iki ölkə arasında mədəniyyət, sənət, təhsil və media sahələrində əməkdaşlıqların genişləndirilməsi imkanlarına toxunub.

Azərbaycan Respublikasıının mədəniyyət nazirinin Tehran səfəri proqramına İranın islami mədəniyyət və irşad naziri və digər yüksək səviyyəli rəsmiləri ilə görüşlər daxildir.

yenivaxt.com