“Barselona” yarımmüdafiəçisini icarəyə verdi

“Barselona” yarımmüdafiəçisini icarəyə verdi

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Aleks Kolyadonu icarəyə verib.

Yenivaxt Sport24.az saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu La Liqanın digər təmsilçisi “Qranada”ya göndərilib.

İspan yarımmüdafiəçi bu mövsümün sonuna qədər bu komandada forma geyinəcək.

Aleks Kolyado “Barselona”nın öz yetirməsidir. O, 11 yaşından bu klubun sıralarındadır. Kataloniya təmsilçisinin müxtəlif komandalarında 105 matça çıxan futbolçu, 22 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.