Beyin idmanı üçün 10 məşq

Beyin idmanı üçün 10 məşq

Vərdişləri dəyişdirmədikdə və yeni bilik olmadıqda, insan neyronların yalnız kiçik bir hissəsini istifadə edir. Digər orqanlar kimi beynin də gündəlik yükə ehtiyacı var. Budur bəzi məşqlər (hamısı asan deyil!), istifadə edə bilərsiniz:

  1. Sadə suallara qeyri-adi cavablar tapın. Məsələn, sizdən soruşanda: “Nə yenilik?”, “Necəsən?”, “Nə var, nə yox?” – əzbərlənmiş cavabı avtomatik təkrarlamayın. Zarafatca kiçik bir hekayə və ya lətifə danışmaq olar. Bu halda yaddaş və nitq mərkəzindən məsul olan beynin sağ yarımkürəsini hərəkətə gətirəcəksiniz.
  1. Adət etdiyiniz marşrutu dəyişin. Ələlxüsus, işdən evə və evdən işə həmişə eyni yolla qayıdırsınızsa. Beyin fəaliyyət göstərməsi üçün daim müxtəlifliyə və yeni təcrübələrə ehtiyac duyur. Eyni zamanda ətrafınızdakı hər hansı bir xırda detalı, yoldan keçənlərin geyimlərini, pəncərələri, lövhələri, evləri və mağazaları nəzərdən keçirməyə çalışın. Gördüyünüz göyərçinlərin, qırmızı maşınların və ya müəyyən bir hərflə başlayan obyektlərin sayını saya bilərsiniz. Qeyri-adi hərəkətlər, qeyri-adi hisslər və qoxular yeni sinir əlaqələrinin yaranmasına səbəb olur və əzbərləmə proseslərinə təsir göstərir
  1. Yeni şeylər öyrənin. Adət etdiyimiz hallardan istifadə etdiyimiz zaman beyin inkişafını dayandırır. Buna görə, zehni səy tələb edən yeni və ya qeyri-adi şeylər edin. Bütün bunlar yaddaş tutumunu artıracaq, düşünməyi sürətləndirəcək, yeni sinir əlaqələrini gücləndirəcək və beynin funksional şəbəkələrini genişləndirəcəkdir. Lakin yeni olan hər şey beynimizə eyni şəkildə təsir etmir. Yüksək konsentrasiya tələb edən hər hansı bir şey daha çox müsbət təsir göstərir. Məsələn: Yeni bir dil öyrənmək, məlumatları qurma, analiz etmə və xatırlama qabiliyyətini inkişaf etdirir. Bu cür fəaliyyətlərdən əlavə bir bonus da budur ki, yeni şeylər öyrənməklə beyin fəaliyyətini yaxşılaşdırmaqla kifayətlənməyəcəksiniz, həm də lazımsız məlumatlara fikir vermədən diqqətinizi cəmləşdirməyi öyrənəcəksiniz.
  1. Çəngəli çubuqlarla əvəz edin. Yemək həm də beyin üçün bir fəaliyyətdir. Yeni bacarıqları öyrənməyə çalışın! Ömür boyu çəngəllə yemisiniz? Çubuqları sınayın! Əvvəlcə çətin olacaq, amma beyin üçün əla bir məşq olacaq. Eyni şey beynimizin avtomatik olaraq etdiyi gündəlik fəaliyyətlərin əksəriyyətində edilə bilər, misal üçün dişlərin fırçalanması, paltar geyinmə, yemək bişirmə. Onu təəccübləndirə bilərsiniz: məsələn, dişlərinizi həmişəki kimi sağ əlinizlə deyil, sol əlinizlə fırçalayın və ya gözlərinizi yumaraq səhər yeməyini yeməyə çalışın.
  1. Beyninizdə sayın. Əksəriyyətimiz bunu cihazların köməyi ilə edir və bu halda parietal zonada beynin şifahi saymaya cavabdeh olan hissələr iştirak etmir, Bu, sinir əlaqələrinin zəifləməsinə gətirib çıxarır. Hər gün ən sadə hərəkətləri etsəniz, bu baş verməz. Pul qalığını hesablayın, vurma cədvəlini təkrarlayın, avtomobillərin nömrələrini oxuyun. Bunu hər yerdə edə bilərsiniz: tıxacda dayanaraq və ya velosiped sürərək, hər halda beyniniz işləyəcək.  
  2. Şeir əzbərləyin və ucadan oxuyun. Bu, zamanla sınanmış bir üsuldur, vacib olan məqam isə mənanı anlayaraq əzbərləməkdir. Hər həftə bir kiçik parça öyrətməyə çalışın, tədricən material miqdarını artırın. Bir çox təkrarlanmadan qorxmayın. Vaxt keçdikcə əzbərləmək üçün daha az vaxt lazım olduğunu görəcəksiniz. Yaradıcılığı sizi maraqlandırmayan müəlliflərin əsərlərini götürsəniz, təsir daha da güclü olacaqdır. Bu cür şeirləri öyrənmək üçün daha çox enerji tələb olunur. Ucadan oxumaq eyni dərəcədə faydalıdır. Bu diksiyanı, intonasiyanı yaxşılaşdırır və eşitmə yaddaşını inkişaf etdirir. Şeir sevmirsinizsə, mahnıların sözlərini əzbərləyin.
  3. Sinxron yazını təcrübə edin. Əlbəttə, eyni zamanda iki əllə, ələlxüsus da fərqli sözləri yazmaq əvvəlcə qeyri-mümkün bir iş kimi görünür. Məsələn, adınız və soyadınızı, çiçək adını və həftənin gününü. Bu məşq beynin hər iki yarımkürəsinin işini uyğunlaşdırır və aktivləşdirir, yaddaşın yaxşılaşdırılmasına və həcminin artmasına kömək edir. Gündə ən azı 2 dəqiqə sinxron yazı ilə məşğul olun. Çalışın ki, hər iki əlin xətti təxminən eyni olsun. 
  1. Beyin aerobikası sayılan neyrobika ilə məşğul olun. Məşq zamanı beş hissin hamısı bir anda açılır. Metodika neyroloq alim Lourens Katz tərəfindən hazırlanmışdır. Mənası, sizin üçün adi olan şeyləri qeyri-adi yollarla etməkdir. Məsələn, evdə gözü bağlı hərəkət etmək, əşyaları toxunma və ya qoxu ilə təyin etmək. Yeni qoxular, hisslər və qeyri-adi hərəkətlər yeni sinir əlaqələri yaradır ki, bu da öz növbəsində intellektual qabiliyyətlərin inkişafına kömək edir.
  2. Gün ərzində baş verənləri xatırlayın. Yatmazdan əvvəl bu gün başınıza gələnləri xatırlamağa çalışın: dialoq parçalarını, qarşılaşdığınız insanları, üz ifadələri və jestləri, hər telefon zəngini və gün ərzində yediyinizi. Oyandığınız andan etibarən bütün hərəkətlərin ardıcıllığını yenidən yaratmağa çalışın. Bunları mümkün qədər ətraflı təsəvvür etməyə çalışın. Eyni zamanda, xəyal, görmə, eşitmə və qoxu yaddaşınızı aktivləşdirmək vacibdir. Günü xəyali illüstrasiyalar şəklində xatırlamaq darıxdırıcıdırsa, gündəliyə başlayın və hadisələri mütəmadi olaraq kağıza təsvir edin. Dostlarınıza baxdığınız filmlərin, tamaşaların, oxuduğunuz məqalələr və kitabların məzmununu danışmaq da faydalıdır. Bu, yalnız yaddaşı deyil, həm də nitqi inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir.

  https://umico.az/live

    yenivaxt.com