Beynəlxalq Quran Hekayəsi yazmaq yarışı

Astan Qüds Hüseyninin Darul-Quranı, qadın universitet tələbələri arasında ilk Beynəlxalq Quran Hekayəsi Yazmaq Müsabiqəsi keçirib.

Beynəlxalq Quran Hekayəsi yazmaq yarışı

İQNA xəbər agentliyinin verdiyi xəbərə əsasən, İranın İraqdakı mədəniyyət müşaviri bildirib ki, Astan Hüseyninin Babian Darul-Quranına bağlı qadınların Quran fəaliyyəti bölməsinin rəhbəri Əməl Əl-Muturi deyib: "İraq universitetlərindən və bəzi ərəb ölkələrindən 35 qız tələbənin iştirakı ilə "Quran ayəsi ilə hekayəm" adlı müsabiqə keçirilib."

Əl-Muturi bu Quran yarışmasının təfərrüatları haqqında deyib: "Müsabiqənin nəticələri Küveyt, Livan və İraqdan olan ixtisaslaşdırılmış komitə tərəfindən elan edildikdən sonra birinci yerlər elan edilib və onlar mükafatlandırılıb."

O, bildirib ki, Astan Hüseyninin Darul-Quranı bu müsabiqədə seçilmiş hekayələri tezliklə kitab halında nəşr etdirəcək və Astanın Darul-Quran sosial şəbəkələrində dərc edəcək.

Həmçinin bu müsabiqənin qalibləri ilə radio və televiziya verlişləri keçiriləcək.

Əl-Muturi bu yarışmanın məqsədi haqqında belə deyib: "Bu müsabiqə, gənclərin intellektual və ədəbi qüvvələrinə diqqət yetirmək, onları yazmağa həvəsləndirmək, mütəxəssis Quran yazıçılarını yetişdirmək məqsədi ilə keçirilir."

yenivaxt.com