Bir gün ayıq olsan

Bir gün ayıq olsan

Şahzadə də məst, molla da məst, fəhlə də məstdir,
Edam olunar bir ayıq oğlan deyə bəsdir. 

Məclisdəki, minbərdəki  bismillaha baxma,
Andlar da, dualar da beş on günlük həvəsdir. 

İmanları, vicdanları Aşurada gördük,
Beyət də, məhəbbət də, sədaqət də şikəstdir. 

Bir gün, cəmi bir gün ayıq olsan görəcəksən
Məstlik gətirən səcdə də, qurban da əbəsdir. 

Vardırsa ölüm, həm də bilinmirsə nə vaxtdır,
Bütlərlə kefə xərclədiyim vaxt sui-qəsdir...

 

 Aran Eyvaz

1damla_org

http://yenivaxt.com