Ceyhun Fikrətin Ailə yükü romanı 4-cü hissə

Ceyhun Fikrətin  Ailə yükü romanı 4-cü hissə

Yenə sinif otağındayam, amma müəlliməm yoxdur.  Hər kəs öz işi ilə məşğuldur.  Sanki dünən olan hadisələr heç vaxt olmayıb.  Hər kəs, hər şeyi unudub.  Müəllimə isə, həyat yoldaşı kimi, müəmmalı halda yoxa çıxıb.  Yəqin ki, bəlkə də, onun qəmli baxışlarını, qəzəbli sözlərini və bəzən də, şən gülüşünü eşitməyəcəyik.  Sinifimiz matəmə bürünüb.  Beş nəfərdən başqa heç kim yoxdur.  Sakitçilik hökm sürür.  Dərsin vaxtından isə, yarım saat keçib.  Birdən qapı döyüldü, düşündüm ki, gələn yəqin müəllimədir.  Amma gələn  O yox, ayrı müəllim idi.  İlk əvvəl bizə salam verdi və sonra dedi ki, daha bizim müəlliməmiz odur.  Hər şey aydın idi.  Bizim müəllimə məktəbə gəlməyəcəkdi, bəlkə də, o müəllimə peşəsinə əlvida demişdi.  Yeni gələn müəllimə bizə baxıb, heç nə demədi.  Sanki biz onun üçün ögey uşaqlar idik.  Hətta bir-iki dəfə, bizə dedi ki, yəqin mən sizə, ilin axırına qədər dərs demərəm, çünki mənim öz sinifim var.  Nəhayət ki, dərs qurtardı.  Fikirli halda,küçəni addımlamağa başladım.  Birdən qonşu qızı mənə yaxınlaşıb, qəmli halda dedi: o bizi tərk edib, başa düşürsən?  Mən isə, acıqlı halda yazığın əri ölüb, səndə öz hayındasan deyib, ona baxdım.  O, birdən-birə kövrəldi.  Bilmədim nə edim.  Birdən o binalara tərəf qaçmağa başladı. Məndə onun arxasınca qaçdım.  Düşündüm ki, ən gözəl addım budur.  Artıq biz müəllimənin evinin qapısında idik.  Birdən mən qəfil qonşu qızından soruşdum.  Biz bura nəyə görə gəldik?  O, isə özünü itirmədən, hər şeyi öyrənməkdən ötrü deyib və qapını döydü.  Qapı açıldı və müəllimənin anası bizə baxaraq, O, getdi deyib ağladı.  İnanmıram ki, bir daha dönə deyərək qonşunun qızını qucaqladı.  Müəllimə getmişdi və yerini heç kimə demədən bizi tərk etmişdi.  Bəlkə də, zülmdən yaxud ona olan haqsızlıqdan qaçmışdır.  Yəqin ki,hər şeyi unutmaq, yoldaşını xatırladacaq hər bir xatirədən qaçmaq istəmişdir.

  Artıq evdəyəm.  Hər şey əvvəl ki, halına qayıdıb.  Daha küçəmizdə, heç kim müəllimədən və onun yetim nişanlısından danışmır.  Həyat davam edir.  Yenə müharibədən gələn pis xəbərlərlə  və sakit otağımızla üz-üzəyəm.  Hər şey dəyişib.  Daha anamda məni sorğu-suala tutmur, bəlkə də, qonşunun qızıda məktəbdə etdiyim işləri anama demir.  Əslində, məktəbdə etdiyim işlər elə də, pis deyildi.  Çünki dərsdən sonra, bəzən futbola başım qarışardı, bəzən isə, uşaqlar ilə, hansısa məsələni müzakirə edərdim.  Ona görə də, bəzən anam mənim işlərimə görə məni danlayardı.  Bəlkə də, hirsini mənim üstümə tökərdi.  Amma müəllimənin ərinin vəfatından sonra, anam mənə heç nə demirdi.  Yəqin düşünürdü ki, onun ölümü mənim uşaq həyatıma pis təsir edib, amma mən daha uşaq deyildim.  Çünki, müharibə şəraiti bizi hər bir sınaqdan çıxmağa öyrətmişdir.  Ətrafımdakı insanlar mənimlə uşaq kimi davransalar da, artıq mən özümü böyük kimi hiss edirdim.  Çünki məni kitablarla bərabər, düşdüyüm şərait böyütmüşdü. 

    Müəllimənin bizi tərk etməsindən 2 ay keçib.  Yenə dərsdəyəm.  Birdən qapı döyülməyi ilə, açılmağı bir oldu.  Müəllimələrdən biri bizim müəlliməyə sevincək halda dedi: heç xəbərin var?  İndi xəbərlərdə dedilər ki, müharibə dayandı.  Bizim təzə müəllimə, həmin müəlliməyə acıqlı halda, necə dayanıb?  Məgər sülh olub, deyərək hiddətləndi.  O, müəllimə isə bəli, sülh oldu deyərək, dəhlizə çıxaraq qışqırmağa başladı.  Hər kəs təəcüb içində idi.  O isə, xəbəriniz var, sülh oldu müharibə bitdi deyirdi.  Müəllimə mənə çevrilərək, atandan nə xəbər var?  Bu barədə sən nəsə bilirsən, bu necə ola bilər axı?  Biz torpaqlarımızı itirmişik, necə sülh ola bilər?  Məndə təəcüblə ona baxırdım.  O mənə elə qəzəblə baxırdı ki, sanki sülhün olması, mənim günahım idi.  Amma yenə də, fikirə getdim.  Deməli hər şey bitdi.  Atam bəs deyirdi, biz Yerevanı alacağıq.  Bəlkə də, o mənim şad olmağım üçün, belə deyirmiş.  Nəinki yerevan, hətta Qarabağıda biz ermənidən ala bilmədik.  Ermənilər, yəni haylar bizim dədə baba torpağımızı işğal etdilər.

  Artıq evdəyəm.  Hər kəs müharibənin sülhlə qurtarmasından danışırdı.  Amma atam hələ də, cəbhədən geri qayıtmamışdı.  Qəlbimizdəki qara şübhələr, içimizi yesə də, yenədə onun yolun gözləyirdik.  Artıq müharibə bitdi.  Bir neçə aydan sonra artıq atam evdə idi.  Amma atam heç kimlə danışmır, heç kimində sualına cavab vermirdi.  Yalnız ona verilən suallara qısa cavab verirdi.  Yəqin belə lazım imiş.  Həm də, bu sülh ömürlük sülh deyil, bir zaman gələr ki, yenidən torpaqlarımıza görə onlarla müharibə edərik.  Atam doğurdanda çox dəyişmişdı.  Hətta bəzi qohumların ona torpaqları erməniyə verib, geri qayıtdız sözünə yalnız gülümsəmə ilə cavab verirdi.  Mən isə, atamın əvəzinə cavab vermək istəyirdim.  Amma anamdan aldığım tərbiyyə buna yol vermirdi.  Bilirdim ki, haqlıda olsam, anam sonda məni böyüklərə söz deməkdə qınayacaqdı.  Amma bir dəfə atama dedim ki, sən niyə o adamlara demirsən ki, mən döyüşdə olanda, sən burda komissiyyon dükan açmışdın.  Niyə siz döyüşə getməyib, qaçıb gizlənmişdiz.  O, isə cavabında, bu sözləri onlara deməyimin nə faydası olacaq ki, onsuzda onlar ömür boyu vicdan əzabı çəkəcəklər dedi.  Mən isə atacan sən döyüşdə olanda, onlar burda gizlənib yaxşı pul yığıblar, səni həmişə məsxərə edib gülüblər, hətta  indi də, səni ələ salırlar deyəndə, anam qəfil üstümə qışqırdı.  Bəsdi.  Sənə kim ixtiyar verib, qohumlar haqqında belə danışırsan?  Mən artıq dözə bilmirdim.  O, qohumlar sizi həmişə məsxərə ediblər, atam Qarabağa gedəndə əlinə bayraq götür deyən qohumlar, indi də atam evdədir, atama deyirlər ki, torpaqları niyə erməniyə vermisiz.  Əcəb qohumlarınız var deyərək qapını açıb, küçəyə çıxdım.  Sanki boğulurdum.  Amma, sözümü desəmdə, bilirdim ki, artıq mən anam üçün  dəyərdən düşdüm.  Həm də, bilirdim ki, bizim ailəmiz bu problemlərlə çox da ayaq üstə dayana bilməz.  Çünki, anam və atam qohumlara güzəştə getdiklərinə görə, anam bir çox xəstəliklərə tutulmuş, atam isə bu dünyada qərib birinə çevrilmişdi.  Bir az küçəni gəzəndən sonra, yenidən evə qayıtdım.  Onsuzda gedəcək yerimdə yox idi.  Səhər isə dərsə getməli idim.  Böyük otağa keçib, özümlə baş-başa qalmaq istəyirdim.  Amma atamın ağladığını görüb ona yaxınlaşdım.  Təəcüb dolu baxışlarımla, ona baxdım.  O, isə cəbhə yoldaşlarımın demək olar ki, çoxu öldü.  Amma mən sağ qaldım.  Yararsız bir vəziyyətdə evimə dönmüşəm.  Amma torpaqlarımda işğal altında qalıb, deyərək məni qucaqladı.  Mən isə bilmirdim nə deyim, uşaq olsamda həmişə böyük danışmışdım, amma indi başa düşürdüm ki, mən doğurdanda uşağam.  Birdən anamın baxışlarını üzümdə hiss etdim.  O, mənə işarə edərək, o biri otağı göstərdi.  Atamla sağollaşıb, anamın yanına getdim.  Anam mənə hər şey yaxşı olacaq.  Qoy özü ilə tək qalsın.  Onun təkliyə ehtiyyacı var deyərək  mənə baxdı. 

     Ceyhun Fikrət

    yenivaxt.com