Dəhşətli ölüm: Məşhur fotoqraf küçədə dondu

Dəhşətli ölüm: Məşhur fotoqraf küçədə dondu

yenivaxt oxu.az saytına istinadən xəbər verir: Fransalı məşhur fotoqraf Rene Rober Parisin mərkəzinə gəzintiyə çıxıb, lakin huşunu itirərək yıxılıb.

84 yaşlı fotoqraf səkkiz saat ərzində qarın üzərində huşsuz vəziyyətdə qalsa da, parislilərdən heç biri ona kömək etməyib.

Yalnız axşam saatlarında evsiz bir şəxs əraziyə təcili yardım çağırıb.

Fotoqraf ağır hipotermiya və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

Rene Rober flamenko rəqsini çəkməklə dünyada tanınıb.