Dünyanın ən uzun “Ləbbeyk ya Hüseyn” bayrağı Kərbəlaya gətirildi

Sentyabrın 18-də “Ləbbeyk ya Hüseyn” yazılmış dünyanın ən uzun bayrağı İraqın Diyalə şəhərinin əzadar sakinləri tərəfindən Kərbəlada İmam Hüseynin (ə) qardaşı Həzrət Əbülfəzl Abbasın(ə) hərəmini gəzib.

“Diyalə səbrindən Kərbəlanın şəhidi və qurbanına” şüarı ilə 12000 metrlik bayraq Diyalə vilayətinin şiə, sünni, ərəb, kürd, türkmən olmaqla bütün qəbilə və tayfalardan olan əzadarlar iştirak edib.

Bayrağın gətirilməsində, həmçinin İraqın Diyalə şəhərinin dini mütəfəkkirləri, alimlər, hüquq-mühafizə orqanları və könüllü xalq qüvvələri iştirak ediblər.

Bu fəaliyyətə Diyalə əhalisi ilk dəfə 6 il əvvəl 2000 metrlik hüzn və kədər bayrağını hazırlamağa başlayıb və bu gün bu bayrağın uzunluğu 12.000 metrə çatıb.

Hər il bayraq Diyalə bölgələrindən birində tikilir və vilayətin bütün kəsimi milli birliyi ifadə etmək üçün onun tikilməsində iştirak edir.

deyerler.org

yenivaxt.com