Elmi seminar

Elmi seminar

Seminar : İctimai – elmi

Mövzu : Vəhdət maarifləndirmə cihadının ən önəmli məsələsidir.

Seminar rəhbəri : Cənab Höccətül-İslam vəl-Müslimin professor Muhəmməd Əzimi

Seminar iştirakçıları: Təbriz əyaləti üzrə Vəliyyi- Fəqihin nümayəndəsi cənab Höccətül-İslam vəl- Müslimin Ali Haşim, Ayətullah Fazil İdəci, Təbliğat mərkəzinin heyəti, Dini hövzələrin elmi cəmiyyətləri, universitetlərin elmi heyətləri və .s

Təşkilatçı :Təbriz əyaləti üzrə Vəliyyi- Fəqihin nümayəndəliyi

yenivaxt.com təqdim edir: Son bir ildə, dünya müsəlmanlarının rəhbəri həzrət Ayətullahul-uzma Seyyid Əli Xamneinin " İkinci addım " adlı strateji proqramı əsasında planlaşdırılmış "maarifləndirmə cihadı " adlı taktiki proqramı, artıq bütün sahələrin, məxsusən elm – təhqiqat mərkəzlərinin ciddi mövzusuna çevrilmişdir.  Belə ki, Təbriz şəhərində, artıq sözü gedən mövzuda bir neçə dəfə seminarlar təşkil edilmiş, ən mühüm mövzular barəsində danışılmışdır. Bu günə təyin olunan, seminarın rəhbəri, universitetimizin elmi heyətinin üzvlərindən sayılan, cənab Höccətül-İslam vəl-Müslimin, professor Muhəmməd Əzimi idi. Seminarın oxucularımız üçün maraqlı olacağını,danışılmış mövzunun son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, seminar barədə məlumatı, əziz oxucularımıza təqdim edirik.

Seminarın "vəhdət" mövzusuna dinin baxışı haqqında Qurandan bir neçə ayə misal gətirilərək başlanması, onun daha əhəmiyyətli olduğuna sübutdur.  Son zamanlarda, baş vermiş acı hadisələrə işarə edilərək, İslam düşmənlərinin yeni fitnələrindən danışılması, məzhəblər arasında çaxnaşmaya səbəb olan cəhdlərdən biri kimi olduğu nəzərə çatdırıldı.

Daha sonra, Təbriz əyaləti üzrə Vəliyyi- Fəqihin nümayəndəsi, cənab Höccətül- İslam vəl- Müslimin Ali Haşim, öz çıxışına başlayaraq, bir neçə nöqtəyə diqqət edilməsini vurğuladı.

İlk növbədə Nəhçül- bəlağədə, İmam Əli ( ə )- ın dilindən bu cümləyə işarə edərək buyurdu:

الامام علي «ع»: ... فإيّاكم و التّلوّن في دين اللَّه! فإنّ جماعة فيما تكرهون من الحقّ، خير من‏ فرقة فيما تحبّون من الباطل. و إنّ اللَّه سبحانه لم يعط أحدا بفرقة خيرا، ممّن مضى و لا ممّن بقي ..

" Allahın dinində ikitirəlilikdən çəkinin! Sizin xoşunuza gəlməsə belə, haqqın ətrafında birləşməyiniz, istədiyinizə baxmayaraq, parçalanmağa səbəb olan batildən daha yaxşıdır. Həqiqətən də, Sübhan olan Allah, istər keçmişdə, istərsə də gələcəkdə, təfriqədə olan heç bir kəsə, xeyir verməyəcəkdir. "

Düşmənin həmişəki, " ixtilaf " adlı hiyləsindən danışan cənab Ali Haşim, hər kəs ixtilafa, səs- sədaya səbəb olan sözlərdən danışarsa, düşmənə xidmət etdiyini, irqçiliyə, millətçiliyə, qövmiyyətlər arasında çaxnaşmaya səbəb olduğunu və bunu qarşısının alınması uğrunda, ciddi addımların atılmasını tapşırdı. Bunun həlli yolu isə, qəti şəkildə qərara alınmış cəhdlərdən keçdiyini vurğulanaraq, sünni və şiə arasında yaradıla biləcək ixtilafların həllinin önəmliliyini bildirdi. İslama dəyə biləcək zərbələrin, məzhəbi ixtilaflardan qaynaqlandığını, İslam aləmində bundan agah olan insanların, alimlərin son dərəcə diqqətli olmasını nəzərə çatdırdı. Daha sonra, konfransın rəhbəri, cənab professor Əzimi, mövzu barəsində çıxışına başladı." İxtilaf yarat hakimiyyət et ! " tezisinə toxunaraq, ilk sözlərini məzhəblər arasında ixtilafın məhvedici təsirini, " vəhdət "in isə, həll edici bir iksir olduğunu, məzhəblər arsinda vəhdət dedikdə isə, heçdə tərəflərin öz inanclarından əl çəkməsi mənasına gəlməyəcəyini bildirdi.

" Sünnülərin şiə, şiələrin sünnü, yaxud da, üçüncü bir qrup olaraq, nə sünnü, nə şiənin tərəfində durmamaq, bu məsələnin həlli yolu deyil " buyuran əziz Ustad, daha sonra," " Vəhdət " dedikdə isə, ortaq nöqtələrin tapılması, qarşılıqlı ünsiyyətin qurulması, qeyri – müsəlmanlara qarşı həddin aşılmaması, başa düşülməlidir " buyuran professor Əzimi, məzhəbin əsli və üsuli qaydalarına riayətin vacibliyini təkid etdi. Mübarək " Nisa " surəsinin 141-ci ayəsində buyurulan : " Allah, heç vaxt, kafirlərə, möminlərin əleyhinə olan bir yol göstərməz " ifadəsinə əsaslanan cənab Əzimi, müsəlmanların hər növ müstəqilliyə malik olmasının lazımlığını ciddi vurğuladı. Daha sonra isə, sözünə davam edərək buyurdu:

" İslam İnqilabının bəhrəsi olan siyasi arenada müstəqillik məlumdur. Lakin, bu, iqtisadi asılılıq nəticəsində öz azadlığını itirmə qorxusu var, belə ki, son bir neçə ili İnqilab Rəhbəri tərəfindən " iqtisadiyyata " həsr olunduğu məlumdur " deyə vurğulayan Ustad, daha sonra, " vəhdət " ya " ixtlaf "mı, hansı biri müsəlmanları müstəqilliyə çatdıra biləcək?" sualını ünvanladı.

" Şübhəsiz ziddiyyət, müsəlman cəmiyyətinin zəifləməsinə, geriliyə düçar edir. Quran ayəsində deyildiyi kimi " Allah və onun Peyğəmbərinə itaət edin, bir – birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz "[1]. Bu ayədə vəhdətin meyarı təyin edilmişdir. Düşmənlər arasında da vəhdət vardır, meyar vardır, lakin, onların meyarı " İslama qarşı düşmənçilik " dir. Amma, ayədəki meyar " Allahdan və peyğəmbərindən itaət " dir.

" Birlik " isə, Allahın nemətlərindən sayılır. " Tutun Allahın ipindən "[2] ifadəsi buna ən bariz nümunədir. "Kitab əhli " ni belə vəhdətə çağıran Quran[3], əlbətdə, müsəlmanların vəhdətinə bundan artıq diqqət yetirmişdir.

" Şiqşiqiyyə " xütbəsində : " boğazımda sümük, gözümdə tikan ola-ola dözüb səbr etdim " deyən Həzrət Əli (ə)-in həyatı, bizə ən gözəl nümunədir. O ( ə), səbrə, dözümə üstünlük verirdi, bəs nə üçün? Təbii ki, İslamı, birliyi, dini qorumaq üçün. Digər bir xütbədə isə O həzrət (ə)  İsrail ovladları arasındakı ixtilafın parçalanmaya, dağılmağa səbəb olduğunu bildirmişdir. Bəli, Müaviyə kimilərin qəsdi heç də İslam, din deyildir, onun qəsdi yalnız küfr idi.

İmam Sadiq ( ə) da isə, vəhdət daha gözəl şəkildə biruzə vermişdir. Sünni məzhəblərinin baniləri O həzrətdən (ə) dərs almış, onunla fəxr etmişlər. " Ğulat " adlı özlərini " şiə " adlandıran, zamanımızda " ingilis şiəsi " kimi azğın dəstədən çəkinməyi əmr edən Həzrət İmam (ə), əhli- sünnəylə rabitədə olmağı, mərasim və məclislərində iştirakın lazımlığını bildirmişdir.

Ali Rəhbərimizin buyurduğu kimi : " İslam inqilabının əsl amalı, yeni İslam sivlizasiyasını yaratmaqla " Vilayət günəşinin " zühuruna hazırlıqdır ". Bu amalın gerçəkləşməsi yalnız, " inqilabın inteqrasiyası "la mümkündür. Bu inqilab, sərhəd tanımır, sərhədsizdir, qlobal və bütün sferalarda tətbiqi mümkündür. Səbəbi isə, İslamın bütün dünyaya səslənişidir.

Həzrəti Ayətullah Brucerdinin (r) " Vəhdət "in meyarlarından biri də, fiqh elmini bilməsi heç də təsadüfi deyil.

Hər bir alim öz zamanını tanımalı və onunla ayaqlaşmağı bacarmalıdır. Seyyid Camal (r) kimi şəxlərin həyat tərzinə, baxdıqda, onların zamanı necə tanıdığını bilmək olar. Şeyx Şəltutun " Şiə " ni rəsmi məzhəb  elan etməsi isə, vəhdətə ən yaxşı nümunədir.

Şiə və sünnü arasında, vəhdətə səbəb olan amillərdən biri də, elmi bəhsləri misal vurmaq olar. "Əl – Qədir" kitabının yazılışı vəhdətlə heçdə ziddiyyəti yoxdur, bəlkə, əksinə, Əl-Əzhər universitetinin bir çox alimləri bu əsərin gün işığı görməsindən sonra təbriklər söyləmişlər.

Lakin, belə məsələlərdə, ən təhlükəli şey, qıcıqlandırıcı davranış və sözlərin yayılmasıdır. " Zəhra " adlı təyyarəyə minərək İrlandiyaya gedib, " Behişt xanımı " adlı filmə baxmaq, təyyarədə Əhli-sünnətin əleyhinə şüar vermək, bu dinə, vəhdətə zərbədən başqa bir şey deyil.

"Vəhdət " in bəhrəsini biz, İnqilabda, işid üzərində qələbədə, müqavimət cəbhəsinin yaradılmasında görə bilərik. Bu hadisələrdə, bütün məzhəblərədən olan könüllülər iştirak etmiş, birlik göstərmişlər.

Olduqca diqqətli olmalıyıq, millətlər arasında məzhəb fərqliliyi, olduqca yaxşı bir fürsətdir, lakin, təhdidə çevrilməsinə imkan verilməməlidir.

Digər bir məsələ, ruhani-cəmiyyət münasibətidir. Ruhanilərin əsas vəzifələrindən biri də, İslamı qoruyub saxlamaqdır. Digər bir vəzifəsi isə, daim zəiflərin himayəsində durmaqdır. Ruhanilər, hər cəbhədə vuruşmağı bacarmalı, zamanımızda, ən böyük fitnələrlə üz-üzə olduğu halda, daha möhkəm olmalıdır. " Cəhd " çalışmaq, əlləşməyə işarədir, lakin, " cihad " mübarizəyə, müqavimətə işarədir.

Düşmənin media imperiyası qarşısında, daim, dayanmadan, yorulmaq bilmədən çalışılmalı, müxtəlif sahələrdə danışıqlar aparılmalı və daha uğurlu addımlar atılmalıdır.

Cənab Professor Muhəmməd Əzimi

Hazırladı : KATiB 

 

 

 

 

[1] Əl- ənfal surəsi 46- cı ayə

[2] Ali İmran surəsi, 101 ci ayə

[3] Ali imran surəsi, 64 cü ayə