Eylər

Eylər

Sənin hicrin gözüm nuri dili zari kəbab eylər, 
qərəz bu həqsiz aləmdə susar qəlb inqilab eylər.

Əlinin damənin tutmaz,kim ol rahi vilayətdə,
qüsur qəlbindədir, ALLAH ona şeytani bab eylər.

Bəla şəhrində etmişlər, ƏLİ övladının qətlin,
tökür göz yaşi YA RƏBBİ buna,aşiqmi tab eylər?

HÜSEYN ol şəxsdir, ərşi dolanmış körpə vəxdində, 
cəmalın görsə bir kimsə yəqin cənnət hesab eylər. 

Quru səhra,susuz səqqa təəccüb eyləmiş dərya,
səna canım fəda qardaş deyib həzrət xitab eylər.

Kiməm ki, mən Hüseynin eyləyim əhli-əyalın vəsf,
Xudadan enmiş hər misra,əcəb qəlb feyziyab eylər.

Nə yazsanda Hüseyn üçün deyil layiqli ey Baqi,
Səni min bir günah ilən çətin qəbul türab eylər.

      Əli Baqi

     Yenivaxt.com