Frankfurt Kitab Sərgisində Quran sədası

73-cü Frankfurt Kitab Sərgisi, bu il minlərlə ədəbiyyat həvəskarının iştirakı ilə keçirilib. Sərgi zalında ilk dəfə olaraq Qurani-Kərimdən ayələr səsləndirilib.

Frankfurt Kitab Sərgisində Quran sədası

İQNA-nın verdiyi xəbərə əsasən, korona böhranı səbəbindən keçən il kiçik miqyasda keçirilən Frankfurt Beynəlxalq Kitab Sərgisi, bu il o, öz qapılarını minlərlə ədəbiyyat həvəskarının üzünə açıb. Əlbəttə, bu il davam edən korona böhranı səbəbindən də Frankfurt sərgisində cəmi 1700 kitab bölümü açılıb. Bir halda ki, 2019-cu ildə 7500 kitab bölümü var idi. Lakin bu ilki sərginin əvvəlki illərdən əsas fərqi sərgi salonunda Quran ayələrinin oxunması olub.

Bu, islamşünas alim, Frankfurt sərgisinin dəyirmi masalarının aparıcılarından biri olan “Əbdül Əhməd Rəşidin” təşəbbüsü ilə həyata keçirilib. O, Penzberq məscidinin imamı Benyamin İdrisdən "Penguin Random Havz" nəşriyyatı və "Stern" qəzetinin dəyirmi masasının əvvəlində, Ərrəhman surəsinin ilk 12 ayəsini oxumasını istəyib.

"İslamische-zeitung"un məlumatına görə, sərginin mikrofonundan bu ayələrin yayımlanması bir çox iştirakçını təəccübləndirib. Penzberq məscidinin İmam cüməsi bu dəyirmi masanın davamında Qurana əməl etməyi bəşəriyyətin xilas yolu hesab edərək deyib: "Quran müsəlmanların müqəddəs kitabıdır. Hər surədə Allahın rəhmətindən bəhs edilir. Allah, Quranda insanları bir-birini riayət etməyə, sülhə və zorakılıqdan uzaqlaşmağa çağırır."

O, başqalarına ehtiram göstərməyi, Quranın əsas mövzularından olduğunu bildirib.

Qeyd edək ki, 73-cü Frankfurt Beynəlxalq Kitab Sərgisində İran İslam Cümhuriyyəti də 400-dən çox əsərlə iştirak edib.

Peyğəmbərin (s) mövludu və Vəhdət Həftəsi ilə 73-cü Frankfurt Beynəlxalq Kitab Sərgisi eyni vaxta düşüb. Buna görə də, Məhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən fars dilində çap olunmuş ən yaxşı əsərlər “Rəhmət, sülh və dostluq peyğəmbəri” adlı hissədə nümayiş etdirilib.

yenivaxt.com