Gedərəm

Gedərəm

Yaşaram dünyada, qəriblər kimi,

bu dünya evindən, köçüb gedərəm,

sanki bu dünyada, yaşamamışam,

dünya bir körpüdür, ötüb gedərəm.

 

Faydasız həyatdan, əlimi üzdüm,

bildim ki, bu dünya, puçdur fanidir,

hər deyilən sözə, necə də dözdüm,

sən demə dünyanın, özü canidir.

 Ceyhun Fikrət

http://yenivaxt.com