Nasionalizm və milliyyətçilik xəstəliyi

Nasionalizm və milliyyətçilik xəstəliyi

İnsanın şəxsiyyətinin göstəricilərindən biri də onun dini inancıdır. Çünki insanın digər insanlarla birləşdirən bağlardan biri də onun dinidir. Dinin ən gözəl özəlliklərindən biri, dindir ki, insanlar arasında ayrı-seçkilik salmır, insanları olduqları kimi qəbul edir.  Allah qurani- kərimin Ali İmran surəsinin 103- cü ayəsində inanclı insanlara " hamılıqla Allahın ipindən yapışın " deyir. Bundan sonra "Mömünləri qardaş" adlandırır.  Ayrı ayələrdə insanları " Vahid Ümmət" adlandırır. İnsanların fərqli rənglərdə, fərqli millətlərdə, olmaları başqa insanlarda üstün və ya aşağı etmir. Müasir dünyanın ən böyük bəlalarından biri də, nasionalizm və millətçilikdir. Bu təfəkkürün bir necə şüarı vardırdır.
1. İnsanın vətəninə olan sevgisi.
2. Öz xalqını sevməsi.
3. Öz xalqının tarixini və kökünü sevməsi.
Bu təfəkkürün şuarlarına baxdıqda görürür ki, bunun nasionalizmlə heç bir əlaqəsi yoxdur. İnsanın vətənini xalqını, millətini sevməsi onun daxilindən, fitrətindən qaynaqlanan bir məsələdir. 
Nasionalizimin əsəs hədəfi islam ümməti arasında parakəndəlik salmaq,  parçalamaqdır. Allah qurani-kərimdə 9 dəfə " Ümmətul-Vahidə"  kəliməsindən istifadə etmişdir. Başqa bir ayədə isə iman əhlini qardaş kimi göstərmişdir. Nasionalizm isə bir milləti digərindən üstün tutaraq, insanlar arasında rəng, dil ayrı-seçkiliyi yaradır. Allah qurani- kərimdə hücərat sürəsinin 13-cü ayəsində buyurur: "Bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq" 
İnsanın bir millətə məxsus olması, onu başqa millətdən üstün etmək üçün deyil, ayrı millətdən ayırmaq üçündür. Allah hücərat surəsinin 13- cü ayəsində " Sizin ən üstünləriniz, təqvalı olanlarınızdır" deyir . 
Bəzən insan istəmədən də, bu xəstəliyə yoluxa bilir və bu xəstəliyin əlamətlərindən biri də,  insanın mənsub olduğu milləti digər millətlərdən üstün tutmasıdır. Nasionalizm müasir cahiliyyətəndən başqa bir şey deyildir. Allah qurani- kərimin təkasur surəsinin ikinci ayəsində cahil ərəblərin "ölənlərinin qəbirlərini saymaqlarından" söz açır. Cahil ərəblər öz ölənlərini saymaqla özlərini digər tayfalardan üstün tutur, əsəb- nəsəbi ilə öyünürdülər.  Günümüzün bəzi məsələlərini araşdırdıqda, görür ki, millətçilik cahillikdən başqa bir şey deyildir. Özümüzü ailəmizi bu xətəlikdən qorumalıyıq. 

İlahiyyatçı Fariz Əliyev
Russia/ Tümen.
10.05.2022

yenivaxt.com