Gürcüstan müsəlmanları mərc saytlarının məhdudlaşdırılmasını alqışlayırlar

Gürcüstan Müsəlmanlarının rəhbəri, hökumətin mərc saytlarının məhdudlaşdırılması təşəbbüsünü yüksək qiymətləndirərək, pis vərdişlərin qadağan edilməsinin ölkəni yaxşılaşdıracağını və inkişaf etdirəcəyini bildirib.

Gürcüstan müsəlmanları mərc saytlarının məhdudlaşdırılmasını alqışlayırlar

"İQNA", İranın Gürcüstandakı mədəniyyət müşavirinin sözlərinə istinadən xəbər verir ki, Gürcüstan Müsəlmanları idarəsinin rəhbəri Şeyx Ramin İgidov, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin onlayn kazinolara vergi qoyulması, reklamın qadağan edilməsi və istifadəçilərin yaşının 25-ə qaldırılması təşəbbüsü barədə danışaraq Marneuli Radiosuna deyib: "Hökumətin onlayn kazinoları məhdudlaşdırmaq qərarı bir irəliləyiş idi və bu, təqdirəlayiq təşəbbüsdür."

O, bildirib ki, təbii ki, növündən asılı olmayaraq qumar oyunlarına tam qadağa qoyulması daha təqdirəlayiq olardı. Bu oyunlar, gənclərimizi elmi inkişafdan, təhsilə, işə, müsbət karyeraya bağlılıqdan məhrum edir. Həmçinin onlara sosial və psixoloji zərbə vurur.

Ramin İgidov vurğulayıb ki, İslamda qumar haramdır, İslam kiçik qumarı da haram edir. Ona görə də pis vərdişlərin qadağan edilməsi ölkənin və vətəndaşların islah olmasına və inkişafına səbəb olacaq.

Qeyd etmək lazımdır ki, noyabrın 22-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili onlayn kazinolara vergi qoyulacağını, reklamın qadağan edildiyini və istifadəçilərin yaşının 25 yaşa qədər artırılmasını elan etmişdi.

yenivaxt.com