Hədislərimizdə hz. İmam Rza (ə) haqqında nələr deyilib?

Hədislərimizdə hz. İmam Rza (ə) haqqında nələr deyilib?

Hədislərimizdə hz. İmam Rza (ə) haqqında nələr deyilib?

İmam Rza (ə) barəsində bir çox kitablar yazılmış, haqqında bir çox sözlər deyilmiş, çıxışlar edilmişdir. Lakin, buna baxmayaraq o Həzrətin (ə) həyatı, məramı, məqamı, yaşayış tərzi və s. haqda daha geniş və daha incə axtarışların edilməsinə ehtiyac var. Çünki məsumların (ə) həyatının hər bir anı, onların hər bir hərəkəti, danışdıqları hər bir sözü bəşəriyyət üçün ən gözəl nümunə və yaşayış tərzi ola bilər.

Beləki, İmam Rzanın (ə), Nur evinin sahibi haqda məlumatı, elə Onların (ə) öz mübarək dillərindən eşitmək daha yaxşı olar.

  1. İmamətliyi

Əli ibn Musaya (ə), insanların dünya və axirət işlərində rəhbərlik məqamı, yəni imamət məqamı 35 yaşında verilmişdir. Bu imamət məqamına çatmaq xəbərini Onun (ə) atası, şiələrin 7-ci imamı, Musa ibn Cəfər (ə) tərəfindən vəsiyyətində qeyd edilmişdir. O (ə), öz  yaxın adamlarından sayılan Davuda belə buyurur: " Oğlum Rza, məndən sonra sizlərin imamı və sahibiniz olacaq[1].

  1. Elmi, mədəni, ictimai hərəkatı

Məsum İmamlar (ə) imam Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra bir daha cihad və müharibə meydanlarında olmamışlar. Beləki, Onlar (ə) insanlar arasında daha çox İslam maarifi və təlimlərilə məşğul olurdular. Əslində bu addım, Onların (ə) elmi, mədəni, ictimai cihadı sayılırdı. İmam Rzanın (ə) məsumlar (ə) arasında "Ali-Muhəmmədin (s) alimi" kimi tanınmasıda elə bu səbəbdəndir. İmam Kazimdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: " Qardaşınız Rza, Ali-Muhəmmədin (s) alimidir. Beləki, dini hökümləri ondan soruşun və hər nə dedi qəbul edin. Mən atam İmam Sadiqdən (ə) belə buyurduğunu eşitdim: "Ali-Muhəmmədin (s) alimi, sənin övladındır"[2].

  1. Dövrün zalım hakimlərilə mübarizəsi

İmam Rza(ə) Abbasi hakimiyyətini, qeyri-qanunu bir hakimiyyət tanıyırdı, bu səbəbdən O (ə), Harun ər-Rəşidin oğlu Məmuna qarşı çıxırdı. Nişapur şəhərində, Məmunun hakimiyyətinin zalım və özünün haqq olduğunu o həzrət (ə) belə bəyan etmişdir: " "La ilahə illəllah" kəlamı Allahın qalasıdır. Hər kəs bu qalaya daxil olarsa, Allahın əzabından amanda qalacaqdır" sonra, yenə də buyurdu: " Bu qalaya daxil olmağın şərti isə, mənəm""[3].

  1. İmamət və vilayətin müdafisində dayanmağı

İmam Rza (ə), insanların İmamlara (ə) tabe olmalarını, Onların (ə) ardınca getmələrini dünya və axirətin əsl səadətinin açarı bilmişdir. Elə bu səbəbdən, Məmun, Fatir surəsinin 32-ci ayəsindəki "Kitabı bəndələrimizdən seçdiklərimiziə miras verdik"  ifadəsindən nə qəsd olunduğunu soruşduqda, İmam (ə) onun cavabında belə buyurdu: " Bu ayədə məqsəd. Peyğəmbərin (s) pak ailəsidir" Məmun, "hansı səbəbə?" soruşdurqa, İmam (ə) cavabında belə buyurdu: "Həqiqətən, Allah, siz Peyğəmbərin Əhli-beytini (ə) hər cür pislikdən uzaq tutmaq və sizi pak etmək istəyir" bu ayədə Əhli-beyt yalnız biz imamlarıq"[4].

  1. Mehribanlığı

Yasir adlı İmamın (s) xidmətində duranlardan biri belə buyurur: "İmam (ə) bütün xidmətçilərini başına yığırdı, onlarla sanki bir dost kimi danışır, ünsiyyət qururdu, elə ki, süfrə salınırdı, böyük-kiçik hamını süfrəyə dəvət edirdi[5]".

  1. Şiələrə qarşı məhəbbəti

İmam Rza (ə), Əbdül Əzim Həsəniyə belə buyurdu: "Mənim dostlarıma salamımı çatdırarsan, onlara diqqətli olmalarını və Şeytanın hiylələrinə aldanmamalarını tapşır, doğru danışsınlar, əmanətdar olsunlar, bir-birlərilə get-gəl etsinlər, qarşlıqlı dostluq münasibəti qursunlar, əgər belə edərsinizsə, mən sizinlə daha yaxın və daha mehriban olaram[6]".

  1. Onun ziyarətinin fəziləti barədə

İmam Sadiq (ə) belə nəql edir:" Allhın Peyğəmbəri (s) belə buyurdu: " Mənim canımdan bir hissə Xorasanda dəfn olacaqdır. Hər bir mömin onu ziyərət edərsə mütləq behişt ona vacib olacaq, cəhənnəm odu isə ona haram olacaqdır""[7].

İmam Rza (ə) haqda Bu hədislər yalnız onlardan az bir qismindən idi. İnsanlar əziz İmamlarımızın (ə) haqda məlumatı öyrəndikcə, ruhundakı susuzluğu dərk edəcək, həqiqətin yanlız Onlar (ə) yanında olmasına inanacaqlar. Bu isə, hər şeydən pak və münəzzəh olan Allahın vədəsidir.

"Yenivaxt kollektivi" adından başda İmam Zamanı (ə.f), O həzrətin (ə) mövludu münasibətilə təbrik edir, bütün dünya müsəlmanlarının əmr sahibi hz. Ayətullah İmam Xameneiyə ( Allah məqamını daha uca etsin) göz aydınlığı deyir, hər bir müsəlmanın arzularının çin olmasını Uca Allahdan qəlbən diləyirik.

Bu yazını, dinin öncül mübarizlərindən sayılan Hacı Taleh Bağırovun azadlığına ithaf edirik.

Azadlıq şirin olsa da, öz acısını unutduracaq bir nemətdir.

Hazırladı : KatiB

Yenivaxt.com

[1] Uyunu əxbar-ir Rza (ə), tərcüməçilər (Qəffari və Müstəfid), c.1, səh.64

[2] İsa Ərbili, Kəşf-ül Ğümmə, c.2, səh.317

[3] Muhəmməd Baqir Məclisi, Bihar-ul Ənvar, c.3, səh.7

[4] Muhamməd Hürr Amuli, Vəsail-üş Şiə, c.27, səh.188

[5] Həmin, c. 24, səh. 265

[6] Hüseyn Nuri, Müstədrək-ül Vəsai, c.9, səh.102

[7] Abbas Qumi, Müntəhal Amal, c.2,397