Hərənin bir qisməti

Hərənin bir qisməti


Meyvələrin dadı kimi,
xasiyyəti,
ayrıdı insanların.
Biri nökər olsa da,
taleyindən razıdı.
O biri şah olsa da,
bəxtindən narazıdı.
Hərəsinin bir cürə
gətirir taleyi,
hərənin qismətindəki,
bir alın yazısıdı.
Hər quşun ünvanı,
gec tez,
uçub tərk etdiyi,
son budağdı.
Bəxtinə düşən son ömür,
son saralmış yarpaqdı.
Onu gözləyib illərlə,
saralmır budaq üstə.
İstəyi yaşamaqdı,
arzusu yaşamaqdı.
hələ ki ,
göy üzündə,
bərq vurur qanadları,
hələ xəbərsizdi sanki ,
ömrünün son günündən !?.
Hələ ömrün yazıdı,
fırtınalar uzaqdı.
Günlərin bir günündə,
dönəndə son yuvasına,
ah çəkəcək ürəkdən,
söyləyəcək:
- Sən demə budur tale,
yaşamaq bu yaşamaqdı.
Hər varlıq öz ömrünün,
sonuna gəlir bir gün.
Yaşamaq sən demə, ölüm.
Ölüm də yaşamaqdı.
Hələ ömrün yazıdı,
qəflət bizdən çox uzaqdı ?!.

  Elsevər Məsimli

  yenivaxt.com