Hicab, nəyə görə ?

Hicab, nəyə görə ?

 Hicab nəyə görə?

 Cavab:

  Sualın cavabına keçməzdən öncə "hicab" haqda bir neçə nöqtəyə işarə edək.

"Hicab " sözü leksik mənada "geyinmək" və "pərdə" mənalarında işlənir və bəzən "geyinilən geyim növü,üslubu" və "geyim tərzi" kimi deyilən ifadələr mənasında nəzərdə tutulmur.

Fiqi terminologiyada "hicab" kəlməsi" qadın geyimi mənasına işlədilmir və işlədilməmişdir. Bəli, "geyim" və "geyindirmək " mənasını daha dəqiq bildirən “sətr” sözü işlədilir.

Şəhid Mürtəza Mutəhhəri  "hicabı "  belə tərif etmişdir :

 İslam baxışında " geyim və ya qadının hicabı", qadının kişilərlə ünsiyyəti zamanı bədənini örtməsi və özünü göstərməməsidir ¹.

Beləliklə, İslam görüşündə " hicab " ın mənası bu iki xüsusiyyətə malik olan geyimdir:

  1. Geyimdə şəriətin təyin etdiyi hədd – hüdüda riayət edilməli ;
  2. Naməhrəmin diqqətini cəlb etməməli;

Bu tərifə əsasən, hicab təkcə geyim mövzusu ilə əlaqəli məsələ deyil, həm də rəftarimizla bağlı olan məsələləri özündə əks etdirir.

Deməli, təkcə şəriətin vacib etdiyi işə tam əməl etməyən birinə "pis hicablıdır" deməklə onu pisləmək bəs etməz. Mümkündür, bir insan bu hədlərə tam şəkildə riayət etsin, amma eyni zamanda onun xarici görünüşü, kişilərlə davranışı, danışığı, yerişi, habelə, insanlara və ətrafındakılara baxışı, bir sözlə onun cəmiyyətdəki hərəkəti, naməhrəmlərin diqqətini cəlb edəcək dərəcədə olsun və bu heçdə, qəsdən və bilərəkdən olmasın. Çünki, qadınların adi görünüşü istər istəməz kişiləri özünə cəlb edir. Bilərəkdən ya bilməyərəkdən (cahillik səbəbindən) xanımların cazibədar rəftar etməsi, kişiləri cəlb edərək təhrik edirlər.

Beləliklə, qadınlar, öz gözəlliklərini hər nə qədər çox biruzə versələr, kişilərin nəzərini bir o qədər cəlb edər........

Ardı var.....

_________________________

  1. Mutəhhəri, Mürtəza, Hicab, Tehran, Sədra nəşrləri, 1987, səh.78.

         Tərcümə: Tamella Məmmədli

          Redaktor: Katib

          yenivaxt.com