Hüseyn bin Məhəmməd Rağib İsfahani haqqında

Hüseyn bin Məhəmməd Rağib İsfahani haqqında

Bəzən mətn təhrifi leksik olaraq baş verir. Yəni sözlər zaman keçdikcə ilkin mənasından uzaqlaşır və başqa məna kəsb edir. Bu problem səmavi kitabların, xüsusən də Qurani-Kərimin dərk edilməsində çox hiss olunur. Belə ki, ayələrdə yer almış əsaslı sözlər  yanlış təfsir və məna edilir. Bu isə mətinin (ayənin) leksik olaraq təhrif olunmasına gətirib çıxarır. Bəzən isə bu təhriflər o qədər geniş forma daşıyır ki, üzərində yalnış bir prinsip formalaşdırır.  Bəli, müsəlman alimləri bu cür təhriflərin qarşısını almaq üçün çox çalışmış və bununla bağlı əsərlər yazmışlar. Biz bu alimlərlə və onların yaradıcılığı ilə qısa olaraq tanış olmağa çalışaq.  İslam dünyasında ən məşhur dilçi alimlərdən biri də, şübhəsiz ki, Rağib İsfahanidir. Əsl adı Hüseyin Məhəmməd oğlu olan Rağib 1108-ci ildə İsfahan şəhərində dünyaya göz açmışdır. Rağib İsfahaninin şəxsi həyatı bizlər üçün o qədərdə məlum deyildir çünki tərcümeyi-hal kitablarında onun adı az çəkilir, hər hansı bir yerdə adı çəkilirsə, onun tərcümeyi-halı qeyd edilmədən yalnız Quran tədqiqatçısı və dilşünas kimi bildirilərək əsərlərinin adı  qeyd olunur. Onun ölüm tarixi ilə bağlı da fikir ayrılığı vardır. Rağib İsfahaninin həyatının bu qədər gizli qalmasının səbəbi barəsində müxtəlif fikirlər olsada, Onun dövrün hakimiyyətdəkilərlə yaxşı münasibətdə olmamasında bildirmişlər.  Adətən tarixdə iqtidarda olanlarla yaxşı münasibətdə olan və ya ən azı iqtidarda olanlarla ziddiyyətdə olmayanların şəxsi həyatları qələmə alınır. Bundan əlavə, onun İmam Əli (ə) olan xüsusi bağlılığına və əsərlərində onun mübarək kəlamına xüsusi diqqət yetirməsi  və o həzrətin rəvayətlərindən çox saylı  sitat gətirməsi səbəb olmuşdur ki, Əməvi məslək təzkirəçilər ondan söz açmasınlar.  Rağib İsfahaninin dövrü dinlər arasında qarşılıqlı dialoqun çiçəklənməsi, islam elmlərinin xüsusən də ilahiyyat sahəsində  mühüm kitabların yazıldığı dövrdür.  Rağib Isfahani bu təhlükəli və izdihamlı səhnəyə,  Quranın təfsiri ilə daxil oldu. O zamanda bir neçə dəstələr var idi ki, səhabə və tabenin  görüşlərini o qədər önə çəkmişdilər ki, Allahın ayələrinin ilkin məram və məqsədini unutmuş, başqa bir dəstə  isə, yalnız ayələrin zahiri görünüşünü nəzərə almışdılar.

  Rağib İsfahani müxtəlif elmlərdən bəhrələnib onlara yiyələndikdən  sonra elmi əsərlər yazıb yaratmış böyük şəxsiyyətlərdəndir. Demək olar ki, onun bütün əsərləri Quran-kərimə və ya onun mövzülarını özündə ehtiva edən əsərlərdir. Onun əsaslı əsərlərindən biridə “əl-Müfrədat fil-ğəribil Quran” kitabıdır.  Əl-Müfrədət kimi tanınan bu kitab  Qurani-Kərimin çətin sözlərinin leksik izahını özündə toplamışdır. Digər tərəfdən, özünəməxsus üsul seçməklə, yəni mətnin kontekstinə diqqət yetirməklə, o, bu sənətin əvvəlki digər alimlərindən öndə getmişdir, çünki ondan əvvəl ədəbi-bədii sənət sahəsində çoxlu əsərlər yazılsada əsasən leksik mənalar qabardılırdı.  Daha önəmlisi odur ki, O bu kitabda  sözlərin izahından kənara çıxmış, dilçilik və semantika baxımından ayələri təfsirdə etmişdir. Rağib İsfahani Qurani-Kərimin yanlış anlaşılmasından çox narahat olduğunu  kitabın girişində belə yazır:

“Qurani-Kərim kiçik həcmli olmaqla çoxlu mənalar və zəngin məzmun ehtiva edir, çünki o  Allah kəlamıdır. Quranı bilmək üçün ilk tələb olunan məsələ dilçilik elmləri  və sözlərin ilkin mənalarını araşdırmaqdır

Rağib İsfahanın əl-Müfrədat əsərində “La ikrahə fid-din” ayəsinin açıqlanması.

əl-kərhu: (الكَرْهُ) İnsana kənardan edilən ikrah və məşəqqət.

əl-kurhu: (الكُرْهُ) İnsanın ruhundan doğan ikrah və  çətinlik.

əlavə:  əl-kurhu: Qurani-kərimdə  üç yerdə gəlmiş və hər üçü də ruhi və batini sıxıntıdan bəhs edir. (Bəqərə surəsi, 216-cı ayə). əl-kərhu: Beş dəfə Qurani kərimdə  istifadə olunmuşdur  və hamısı  hamısı kənardan gələn sıxıntı və ikrahdan  bəhs edir.

Daha sonra Rağib ikrahın iki formada olmasını qeyd edir.

Birinci: Təbiət baxımından ikrahın olması.  İkincisi: əql və ya şəriət baxımından. Buna görədə insanın belə deməsi normaldır “Mən onu istədiyim halda  ona nifrət edirəm” Yəni mən bunu təbiət baxımından istəyirəm, ağıl və ya şəriət baxımından nifrət edirəm.

وقوله: لا إِكْراهَ فِي الدِّينِ

Rağib İsfahani daha sonra Bəqərə surəsinin 216-cı ayəsini araşdırır:

Birinci ehtimal: Sözü gedən ayə islamın əvvəlində nazil olmuşdur. O dönəmdə insanlara islam təqdim edilirdi qəbul etsəydi etmişdir, lakin qəbul etməsəydi onunla heç bir işləri olmazdı. (Burada ikrahın mənası məcbur və icbar edilmir kimi tərcümə olunur.)

İkinci ehtimal: Sözü gedən ayə  kitab əhlinə aiddir, çünki onlar xərac verməklə və islamı qəbul etməklə azad idilər. (bir seçim etməkdə məcbur deyilər)

Üçüncü ehtimal:  isə budur ki, batil bir dinə məcbur edilənin hökmü yoxdur, ona görə də onu etiraf edib ona daxil olmalıdır. (İman qəlbi bir məsələdir məcbur edərək və ikrah yaradaraq imana gətirmək olmaz)

Dördüncü ehtimal:  İnsanın bu itaət dünyasında ikrahla yerinə yetirdiyi əməllər istər-istəməz axirətdə heç bir savabı yoxdur, çünki Allah-taala batində olanı nəzərə alır və ancaq ixlaslı əməli qəbul edir.  

Beşinci ehtimal: ayənin  mənası  budur ki, Allah təala insanı həqiqətdə xoşagəlməz bir işə məcbur etmir, əksinə, əbədi səadətə aparır. (İslam dinin göstərişlərində ikrah edici bir şey yoxdur bəli zahirdə kimsə ondan uzaqlaşsada onu tanıdıqca ona daha yaxınlaşacaqdır.)

Altıncı ehtimal: burda işlənən dində məqsəd cəzadır. Allah təala cəza verməyə məcbur deyildir, əksinə, istədiyinə cəza verər  istədiyinə deyil.

 

İlahiyyatçı Tural Salmanov

11.05.2022

yenivaxt.com