İçində

İçində

Allah yaradıb aləmi nemətlər  içində, 
aləm özü qalmış ona heyrətlər içində.

Aləmləri salmış nə gözəl görkəmə Allah.
İlk dəfə verib surəti nur Adəmə Allah. 
Yoxkən onu var eylədi, bu aləmə Allah.
Bir müjdədə verdi, ona cənnətlər içində.

Peyğəmbər o şəxs idi, onun pak idi zatı.
Qəflətdən ayıldardı o yatmış camaatı.
Dünyaya gələnnən yaşadığ məhbəs həyatı.
Azadlığı axdardıq əsarətlər içində.

Mən getmərəm ol rahı xuda rahı deyilsə.
Ol rahıda ki, yardımım Allah deyilsə, 
bir qəlb ki, Allahın hərəmgahı deyilsə,
yəqindiki, var haqqa həqarətlər içində. 

Aşiqliyi nemət verib eşq əhlinə Xaliq.
Xaliq özü əla tanıyır kim əsl aşiq, 
aşiq ola bilmərsə, əgər əhdinə sadiq,
baş qaldırar illərlə xəyanətlər içində.

Ruhun tuta bilmirsə vicudunda qərar ki,
aldanma fəna aləmə çox burda nə var ki,
ya Rəbbi mənə eylə nəsib öylə məzar ki,
olsun o məzarında səadətlər içində.

Dünyaya nədən gəldi bəşər fikir elə Baqi.
Allahın adın şamu-səhər zikir elə Baqi.
Lap olsa kiçik daxman ona şükür elə Baqi.
Xoşbəxtliyi axtarma imarətlər içində.

 

     Əli BAQİ

    http://yenivaxt.com