İlahi bu xanim kimdir?

İlahi bu xanim kimdir?


İlahi qan içində yerdə yatan Peyğəmbərin ciyər parəsidir? İlahi, axı bu qapını kim yandırdı? İlahi bu köpələri kim qorxuzdu? İIahi bu mismarın üzərindəki qan nədir belə? İlahi bəs boynuna ip atıb zorla çəkə-çəkə beyət üçün məscidə aparılan kimdir? İlahi o xanım kimdir, küçədə əli qurumuş oğlunun gözü önünde üzünə şillə vurdu? İlahi o xanım kimdir, üzünün göyərtisin yoldaşından gizlədir? İlahi bu xanım kimdir ki, hər nəfəs alanda yaralarından qan gəlir? İlahi bu xanım kimdir, namazda bir əli ilə qunut tutur? İlahi bu xanım kimdir, uşaqların yığıb başına mən sizdən doymadım deyir? İlahi bu xanım kimdir, mələklər onun ətrafında cəm olublar? İlahi bu xanım kimdir ki, Cəbrail onu təsəlli edir?  İlahi bu xanım kimdir, onu sən quranda pak adlandırmısan. ( əhzab 33)? İlahi bu xanım kimdir, onu sən quranda Peyğəmbərivin qızı vəsf etmisən. ( Ali İmran 61) ? İlahi bu xanım kimdir, onu sən quranda yetimlərin, əsirlərin, fəqirlərin ümüd yeri adlandırmısan ? ( insan 8) İlahi bu xanım kimdir onu sən quranda kövsər adlandırmısan? İlahi bu körpələr kimdir ki, bu xanıma qüsul verməyə su daşıyırlar ? İlahi niyə bu ev boşdur, niyə bu qədər insan var, amma  köməyə gəlmirlər? İlahi o cənazəni qucaqlayan körpə qız kimdir?  İlahi o evin küncünde dizlərin qucaqlayan körpələr kimdilər? İlahi artıq soruşa bilmirəm..

   Fariz Əliyev

  yenivaxt..com