İmam Musa Sədr sağdırmı?

İmam Musa Sədr sağdırmı?

İmam Musa Sədrin şəhadətini təsdiq edəcək səhih bir sənəd yoxdur. Əksinə, İmamın 1978-ci il avqustun 31-i müəmmalı şəkildə öz iki həmkarı ilə, birgə oğurlandıqdan sonra zaman-zaman sağ olmasını təsdiq edən çox ciddi dəlillər və sənədlərlə təsbit olunmuş xəbərlər var. Bu xəbərlər İmamın yolunu gözləyən milyonlarla qəlbin coşqusu olub..

İmamın bərəkətli vücudunun sağ olmasına dair kifayət qədər əsaslı və möhkəm xəbərlər var. Lakin mən bu yazımda İmam Musa Sədr adına Mədəniyyət və Araşdırma İnstitutunun arxivində saxlanılan sənədlərdən birinə işarə edirəm:

Liviya Milli Cəbhəsi, 1998-ci ilin qışında İmam Musa Sədrin Tripolidəki Əbu Səlim həbsxanasında göründüyünü açıqladı.

2002-ci ilin mayında Liviya Milli Qurtuluş Cəbhəsi öz internet səhifəsində bəzi məhbusların 1998-ci ilin qışında Tripolidəki "Əbu Səlim" həbsxanasında İmam Musa Sədri gördüyünü və ötən ilin (2001-ci il) Ramazan ayından qısa müddət əvvəl bu zindandan digər bir yerə köçürüldüyünü elan etdi.

İmamın müəmmalı taleyi barədə ancaq sənədə, dəlilə əsaslanmaqla birmənalı söz demək olar. Bu müəmmanın görünən tərəflərini təhlil edərək öz şəxsi baxışları ilə, nəticə alanların (ələlxüsus İmamın şəhadətə çatdığını deyənlərin) sözləri həqiqəti əks elətdirə bilməz. Dünya müstəvisində əhəmiyyəti olan belə bir müəmmalı hadisədə ancaq dəqiq söz deməyə imkan verə bilən sənədə, qəti dəlillərin isbat etdiyi xəbərlərə etimad etmək olar. Nə qədər qəribə səslənsə də, İmamın bərəkətli ömründən 94 il ötməsinə rəğmən, onun hələ də yaşadığına ümid bəsləməyimizə əsas verən faktların olduğunu deməliyəm. 


17/5/2022   

İlahiyyatçı Xalid İbrahimli

Yazının istinadı: İmam Musa Sədr adına Mədəniyyət və Araşdırma İnstitutunun arxivi

Yenivaxt.com