İmam Sadiq (ə)-in dövründə əqidəvi məsələlər və ideoloji cərəyanların formalaşma prossesi

İmam Sadiq (ə)-in dövründə əqidəvi məsələlər və ideoloji cərəyanların formalaşma prossesi

Seminar: Elmi- təhqiqi araşdırma

Mövzu: İmam Sadiq (ə)-in dövründə əqidəvi məsələlər və ideoloji cərəyanların formalaşma prosesi

Seminar rəhbəri: Höccətül-İslam vəl-Müslimin Seyyid Həsən Səbzivari

 İcraçı: Professor Məhəmməd Təqi Sübhani

Təşkilatçı: Xatəmül-Ənbiya adına İslam elmləri və maarifləndirmə təhqiqat mərkəzi

Məsul icraçı: Əhli-beyt (ə) elmi-maarif qrupu

yenivaxt saytı təqdim edir: Tarix səhnəsi, İslamda baş vermiş hadisələri daim nümayiş etməkdədir. Biz, bu gerçəklikdən heç də, yan keçməmişik. Vəzifəmiz, elmi məsələlərin xüsusən, İslam elm nurunun daşıyıcısı, məsum İmamlar (ə) –ın həyatının təhlili və Onların (ə) mirasının qorunub saxlanılmasıdır. Belə ki, İmam Sadiq (ə) və Onun (ə) dövrünün təhlili və eləcə də, bu dövrdə baş vermiş etiqadi, ideloji cərəyanların formalaşmasının elmi təhlili, seminarın əsas mübahisə mövzusu kimi təyin edilmişdir.

  İmam Sadiq (ə)-ın dövrü, istər siyasi cəhətdən, istərsə də, etiqadi cərəyanların formalaşması baxımından, çox qarışıq bir dövrü əhatə etmişdir. Belə bir böhranlı dövdə, İmam (ə)-ın öhdəsinə çox ağır bir yük düşmüşdü. Belə ki, İmam (ə), yaranmış problemlərin həll yolunu tapmalı və şiələri bu çətin anlardan çıxarmalı, onları təhlükədən qurtarmalı idi. Əlbətdə, İmam Sadiqin (ə) şagirdləri, bu yolda, O həzrətə (ə) çox böyük yardımlar göstərmiş, yeddi mindən çox hədisi müxtəlif mövzularda qeyd etmiş, Cabir ibn Yəzid Cofi kimi səhabələr, fərqli-qərqli etiqadi fikirlərin qarşısında mübarizə aparmışlar. Əsl, doğru İslamın təbliğini üzərinə götürmüş imamın şagirdləri, İmam (ə)-ın düzgün tədbiri və məsləhəti ilə, bu ağır vəzifənin öhdəsindən gəlmişlər. Onlar, əsl İslamın mirasını gələcək nəsillərə ötürməyi bacarmışlar. İmam (ə)-ın elm ocağından istifadə edib, qəlbini dirilik suyu ilə sirab etmək istəyən Səfvan İbn Yəhya kimi səhabələr isə, uzun məsafələr qət edərək, həqiqət dolu, bu nur mənbəyinə üz tutmuşlar.

  Professor Sübhani, Allaha həmd-səna dedikdən  sonra, Peyğəmbər ( s) və Onun pak Əhli- beytini (ə) salavatla yad edərək, bu seminara rəhbərlik edən elmi heyətlər və onun rəhbərlərinə təşəkkürünü bildirdi. Sözlərinə İmam Sadiqin (s) bərəkətli həyatına işarə edərək, bəhs edilən mövzunu iki tarixi dövrə : İmamdan (ə) öncəki dövr və Onun (ə) yaşadığı dövrə ayrıldığını, bu iki dövrü müqayisə etdikdə isə, aralarındakı ciddi fərqi görməyin heç də, çətin olmadığını bildirdi. Cənab professor, sözünün davamında isə, belə buyurdu: "Şiələr, yaşadıqları məsum İmamlarının (ə) dövründə "ələvi" ya da, "cəfəri" adlandırılmışlar. Məhz İmam Sadiq (ə)-ın rəhbərliyi ilə, İslam maarifi özünün ən qızıl zamanını yaşamışdır. İlk baxışda belə bir sual yaranır : Bəs, elmin çiçəkləndiyi bu dövrdə, əsas təsir edici amil nədir? Həssas bildiyimiz bu dövrdə, hansı addımlar atılmışdır? Daha öncə hansı hadisələr baş vermişdir ki , onun dövründə bir çox problemlərin yaranmasına və dəyişikliklərə gətirib çıxarmışdır?

İmam Sadiq (ə)-ın dövründə üç mühüm məsələni qeyd etmək olar:

  1. Siyasi mövqe;

34 il imamətlik dövründə siyasi, ictimai, elmi hadisələrin baş verdiyi bir zamanda, Əməvi hakimiyyətinin bitdiyi və Abbasi hakimiyyətinin başlanğıcında qərar tutmuş İmam (ə), getdikçə daha çox çətinlklərlə üzləşmişdir.

  1. İdeoloji cərəyanların formalaşması;

Murciə, xəvaric kimi  ancaq siyasi cəhətdən fəal olan qruplar, artıq bu dövrə ideoloji bir məktəblərə çevrilişdi.

  1. Digər dinlərlə və İslamdan xaric etiqadi fikirlərlə üz-üzə gəlməsi;

Burada isə, iki mühüm tarixi nöqtəni diqqət etmək olar:

  Aşuraya kimi İmamlar (ə), cəmiyyətin ümumi şəkildə islahına və hidayətinə can atmışlar. Lakin, aşuradan sonra isə, İmamlar (ə) birbaşa, cəmiyyətin müxtəlif təbəqələri arasında xüsusi olaraq ictimai, siyasi, elmi fəaliyyətlərə başlamışlar. Bu isə, İmam Səccaddın (ə) dövründən sonrakı dövrə təsadüf edir. İmam Baqir (ə) zamanında isə, imamətin elmi maarifinə olan suzusuzluq tamamilə özünü biruza vermiş və şiənin izaha, təfsirə ehtiyacı olduğu, bu səbəbdən də Onların (ə) elm qapısına üz tutulmasının şahidi oluruq.     

 Keysaniyyənin 100-cü h.q. ilindən 105-ci h.q. ilinə kimi təbliğatı, Zeydiyyə cərəyanı, Ğulatların ortaya çıxması, bu dövrün xüsusiyyətlərindən saymaq olar. Siyasi , elmi, şəraitin nisbətən əlverişli sayıldığı bir vaxtda isə, İmamın (ə), müxtəlif növ təhdidlərə məruz qaldığını da görmək mümkündür. Yaxşı, bəs belə bir vəziyyətdə əsl həll yolu nə idi? İslamın mirasının qorunub saxlanılması üçün, daha nələrə diqqət edilməli idi?

  Bizə qalmış miras, İmam Sadiqin (ə) töhfəsidir. Bu dövrün mənəvi xəzinəsi, gələcəyə ən gözəl irs idi. Belə ki, İmam Sadiq (ə)-ın etiqadi məsələlərlə bağlı hədislərini, bəhs edilmiş mövzuları İslamın etiqadı məsələlərindən çıxarsaq, yalnız az bir qisim məlumatdan başqa bir şey qalmayacaqdır. Əgər inanmırsızsa, Əhli-sünnənin iki böyük "səhih " kitablarına baxa bilərsiniz.

 Biz, baş vermiş dəyişikliklərə, ancaq kəmiyyətcə baxmalıyıq?  yoxsa, keyfiyyət cəhətini də nəzərə almalıyıq? Əlbətdə, keyfiyyətcə dəyişikliyi nəzərə alırıqsa, burada bir neçə mövzuya işarə edilməlidir:

  1. Əqidəvi bəhslərin mövzusunun sərhədləri təyin edilmişdir. Məsələlərin ən incə nöqtələrini belə bu dövrdə görmək mümkündür;
  2. Bu dövrdə vilayət, imamət kimi mövzulara əqli yanaşmanın daha rəng alması, onların təhlil edilməsi, nəzəri və elmi cəhətlərin araşdırılması bu dövrə məxsus üstünlük idi;
  3. Şiənin elmi maarifi və nəzəri bilikləri daha sistemli və daha nizamlı şəklə salınmışdır; Fiqhi hökmlərdən fərqli olaraq, əqidəvi bəhslər bir-birilə tam zəncirvari şəkildəəlaqələndirilmişdir. O həzrətdən (ə) imamət barəsidə soruşulduqda, bu  məsələni nübuvvətlə isbat etmiş, ğulatlar barəsində, onların etiqadları haqda soruşulduqda isə, tövhid haqda danışmış və mövzunu daha geniş bir müstəvidə bəhs etmişdir. Bu isə, əqidəvi məsələlərin nizamlı və məntiqə uyğun qaydada tənzimindən xəbər verir. Bizim məntiq əsasında, dəlil sübuta əsaslanaraq gətirilmiş mövzularımızın 99%-i İmam Sadiq (ə)-dan nəql olunmuşdur.
  4. Cavabı həll edilməmiş elmi məsələlərin, Əhli-beytə (ə) məxsus metodla açıqlanması və izah verilməsi;

Əhli beytə məxsus metod və üslübün olması, tarix boyunca cavabsız qalan məsələlərin həllinə səbəb olmuşdur. Qəza və qədər məsələsi kimi məsələləri, İmam Sadiqin (ə) cavabı olmadan həll etmək mümkün deyildi.

  1. İmamın (ə) elmi, pedaqoji fəaliyyəti, təlim-tədris metodikasının nizma salınması;

Mübahisə zamanı sualın verilmə qaydası, onun yazılması, kimlərə elmin öyrədilməsinin lazılımlığı, xüsusi şagirdlərin hazırlanması, onların arasında müxtəlif mübahisələrin açılması və yaranmış sual və şübhələrin cavabların verilmə qaydası və s. kimi məsələlər İmamın tələbə yetişdirməsinin bariz nümünəsini göstərmək olar olar. "

Seminarın sonunda cənab professor bir neçə sualları cavablandıraraq iştirakçılara dərin minnətdarlığını bildirdi.

Hazırladı: KatiB