İran, ABŞ və Britaniya B qrupunda oynayacaqlar

Dünya çempionatının final mərhələsinin püşkü atılıb, İran, ABŞ və Britaniya B qrupunda oynayacaqlar.

İran, ABŞ və Britaniya B qrupunda oynayacaqlar

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: Aprelin 1-də bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Püşkatma Qətərin paytaxtı Dohada keçirilib. Püşkü dünya futbolunun tanınmış simalarının yer aldığı səkkiz veteran oyunçu çəkib. Onların arasında İran millisinin sabiq hücumçusu Əli Dai də var.

Püşkatmada əsasən aşağıdakı komandalar qarşılaşacaq:

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland

B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna - Uels cütünün qalibi

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi, Danimarka, Tunis

E qrupu: İspaniya, Yeni Zelandiya - Kosta-Rika cütünün qalibi, Almaniya, Yaponiya

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.