İran oktyabrın 23-dən quru sərhədlərini açır

İran oktyabrın 23-dən quru sərhədlərini açır

İran oktyabrın 23-dən quru sərhədlərini açır
İran Aban ayının 1-dən (oktyabrın 23-dən) turistlər üçün sərhədərini açır. 
 
Maide.Az  İSNA-a istinadla xəbər verir ki,19 aylıq fasilədən sonra İran prezidenti  Seyid İbrahim  Rəisi  Nazirlər Kabinetinin iclasında İrana səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərdən turistlərin gediş – gəlişi üçün lazimi infrastrukturun hazırlanmasına göstəriş verib. 
 
Bunu İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami deyib. 
 
O bildirb ki,  artıq aidiyyatı qurumlara o cümlədən sərhəd buraxılış məntəqələrinə bununa bağlı göstəriş verilib. 
 
Məlumatda qeyd olunur ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd paspotu və PCR analizi təqdim etməli, eləcə də  İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidilər. 
 
Məlumata görə, oktyabr ayının 23-dən İranın  Xuzestan əyalətində Şələmçə (İraq),  İlam əyalətində Mehran (İraq),  Qərbi Azərbaycan əyalətində Poldəşt (Naxçıvan MR) ,  Kirmanşah əyalətində  Pərvizxan (İraq, Kürdistan),  Qərbi Azərbaycan əyalətində Təmirçin (İraq) ,  Qərbi Azərbaycan əyalətində Bazərqan və Sərv (Türkiyə), Şərqi Azərbaycan əyalətində Culfa (Naxçıvan MR) ,  Ərdəbil əyalətində Biləsuvar (Azərbaycan Respublikası) , Gilan əyalətində  Astara ( Azərbaycan), Xorasan Rəzəvi əyalətində  Doğarun (Əfqanıstan) , Şərqi Azərbaycanın Nurduz (Ermənistan) və Sistan Və Bəluçistan əyalətində  Mircavə (Pakistan) sərhələrində fəaliyyət bərpa olunacaq. 
 
Quru sərhədlərindən ictimai və şəxsi avtomobillərlə də gediş -gəlişə icazə veriləcək.