İran Rusiya ilə əlaqələri genişləndirməkdə əzmkardır

İran prezidenti bu gün Rusiya Dumasındakı çıxışında vurğulayıb ki, İran İslam Respublikası Rusiya ilə əlaqələri genişləndirmək üçün lazımi iradə və hazırlığa malikdir.

İran Rusiya ilə əlaqələri genişləndirməkdə əzmkardır

Yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: Seyid İbrahim Rəisi sonra belə deyib: İran-Rusiya əlaqələrinin iki və çoxtərəfli formalarda gücləndirilməsi iki dövlətin iqtisadi rövnəqinə, həmçinin regional və beynəlxalq təhlükəsizlyin güclənməsinə səbəb olacaq.

Rəisi əlavə edib: İran özü ilə müttəfiq və qonşu olan ölkələr xüsusiyyət təşkil etməklə bütün dünya ölklələrilə «maksimum anlaşma» ardıncadır. Bu həmkarlıq və anlaşmanın məqsədi və əsası, xalqların qarşılıqlı maraqları və «sivil bir dünya ictimaiyyəti»nin sürətlə formalaşmasıdır.

Rəisi sonra belə deyib: İstila və hökmranlığa əsaslanan beynəlxalq təcrübə göstərir ki, onun nəticəsi, müharibə, zorakılıq, əmin-amansızlıq və xalqlar arasında təfriqədən başqa bir şey olmayıbdır.

Rəisi vurğulayıb ki, qoşun yeritmə və işğal siyasətinin məğlubiyyəti və Amerikanın İraq və Əfqanıstandan qaçmağa məcbur olması, xalqların müqavimətindən irəli gəlibdir.

İran prezidenti söyləyib: İran və Rusiyanın Suriyadakı həmkarlığının uğurlu meyarı da Suriyanın xalqı və hökumətinin müqavimətinin davam etməsində olub, ölkələrin istiqlaliyyətinə zəmanət verib və regional təhlükəsizliyi gücləndiribdir.

Rəisi həmçinin deyib: Terrorizmə qarşı müharibə hegemonçuluq əleyhinə savaşın bir hissəsi olub; zira, terrorizm, hegemonçuluğun əlavə məhsullarından biridir.

İran prezidenti sonra söyləyib: Hegemoniya strategiyası uğursuz qalıb,/ Amerika özünün ən zəif vəziyyətindədir və müstəqil ölkələrin qüdrəti tarix yaradan bir inkişafdadır.

Rəisi əlavə edib: Amerikanın terrorçularla «şeytani koalisiyası» dünya xalqları, xüsusən Suriyadan tutmüş Əfqanıstanadək, Qərbi Asiya xalqları üçün gün kimi aydındır və hazırda təkfirçi terrorçuların Qafqazdan tutmuş Mərkəzi Asiyayadək olan bölgələrə yeni tapşırıqlara göndərilmələri üçün mürəkkəb proqramlar həyata keçirilməkdədir.

İran prezidenti söyləyib: NATO müxtəlif coğrafi sahələrə daxil olmaq ardıncadır ki, bu da müstəqil ölkələrin ortaq maraqlarını təhdidlə üzləşdirir.

Rəisi əlavə edib: Xalqların sanksiya edilmələri yeni hegemonçuluğun rəvac tapmış formalarından biridir və onunla mübarizə, müstəqli ölkələrin həmkarlığını və kollektiv cavabı tələb edir. Əks halda, müxtəlif bəhanələrə əsaslanan sanksiya, bütün ölkələri, hətta Amerikanın müttəfiqlərini də bürüyəcək.

İran prezidenti deyib: Amerika iddia edir ki, sanksiya, İran İslam Respublikasının nüvə fəaliyyətlərinə görədir, amma hamı bilir ki, bu fəaliyyətlər qanuni və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin daimi nəzarəti altındadır.

Rəisinin sözlərinə görə: İranın inkişafının müxtəlif tarixi dövrlərində İran xalqı milli, istiqlaliyyətsevər və ya elmi inkişaf bayrağını dalğalandırarkən öz düşmənlərinin təzyiq və sanksiyaları ilə üzləşibdir.

İran prezidenti əlavə edib: Amerika İran xalqının hüquqları ilə mübarizə ardıncadır, amma biz öz xalqımızın hüquqlarında güzəştə getməyəcək və öz hüquqlarımızdan az olacaq bir şeyə razıılq verməyəcəyik.

Rəisi deyib ki, İran İslam Respublikası maksimum iqtisadi təzyiq kampaniyasına və terrorçuluğa qarşı iki müharibə meydanının fatehidir.