İran Suriyanın kimyəvi silah işinin siyasiləşdirilməsini tənqid edir

İranın BMT-dəki səfir və nümayəndəsinin müavini Zehra İrşadi bəzi ölkələr tərəfindən Suriyanın kimyəvi silah faylının siyasiləşdirilməsini tənqid edərək, Suriyanın Konvensiya üzrə öhdəliklərini yerinə yetirmək üçün böyük səylər göstərdiyini bildirib.

İran Suriyanın kimyəvi silah işinin siyasiləşdirilməsini tənqid edir

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: İran İslam Respublikasının BMT-dəki nümayəndəsinin müavini Zəhra İrşadi, cümə günü, aprelin 29-da Təhlükəsizlik Şurasının Suriya üzrə keçirilən iclasında deyib: "İran kimyəvi silahların əsas qurbanı olaraq, istənilən yerdə, hər kəs tərəfindən və istənilən şəraitdə kimyəvi silahdan istifadəni qətiyyətlə pisləyir".

Zehra İrşadi daha sonra Suriyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün ciddi səy göstərdiyini və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ilə əməkdaşlığa meyilli olduğunu bildirərək, əlavə edib: "Bütün bunlara baxmayaraq, təşkilata üzv olan bəzi dövlətlərin Suriyanın kimyəvi silah faylını siyasiləşdirməsi və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Suriyanın öz öhdəliklərinə sadiqliyini təsdiqləməsinə mane olması məyusedicidir; Hansı ki, Suriya ilə konstruktiv dialoq və əməkdaşlıqla nəticələnə bilər". 

İranın BMT-dəki səfir və nümayəndəsinin müavini qeyd edib ki, İran Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və Suriyanın yüksək səviyyəli dialoqa yanaşmasını dəstəkləyir və bu təşəbbüsün müsbət nəticələr verəcəyinə ümid edir.