İran XİN Azərbaycanı Zəfər günü münasibətilə təbrik edib

İran XİN Azərbaycanı Zəfər günü münasibətilə təbrik edib

İran İslam Respublikası Azərbaycanı Zəfər Günü və qələbəsinin birinci ildönümü münasibətilə təbrik edib.

Az.shafaqna.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında səsləndirib.

XİN sözcüsü İranın ötən 30 ildə həmişə Azərbaycanın ərazisinin işğalına qarşı olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

“Ötən il də İran İslam Respublikası Azərbaycan ərazisinin işğaldan azad olunmasından sonra Azərbaycan dövləti və xalqını təbrik etdi. İki ölkə rəhbərlərinin iradəsi münasibətlərin inkişaf etdirilməsidir. Ümidvarıq iki ölkə arasında isti münasibətlər daha da inkişaf edəcəkdir”, -deyə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib.

yenivaxt.com